Əlaqə Arxiv
news Image
2012.04.09
14:23
| A A A
Annan atəşkəs üçün son tarixi bildirib

Mövqe.az xəbər verir ki, Annan həm müxalifəti həm də Suriya rəhbərliyini xəbərdar edib : Atəşkəs üçün son tarix 12 Aprel səhəri, Şam saatıyla 06.00 ...

Suriya rəhbərliyiylə davamlı olaraq təmasda olduğunu vurğulayan Birləşmiş Millətlər Təşkilatının (BMT) və Ərəb Birliyinin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan tərəflərin qan tökməyə son verməsini və dialoqa başlamasını istəyib.

Annan hər iki tərəflə dədanışıqlar apararq atəşkəs üçün son tarixin 12 Aprel səhəri, Şam saatıyla 06.00 olduğunu qetd edib.

Şam rəhbərliyiylə davamlı olaraq təmasda olduqlarını söyləyən Annan, tərəflərin qan tökməyə son verməsi üçün beynəlxalq ictimaiyyətdən da kömək istəyib.

Suriya yazılı zəmanət tələb edib. Suriya Xarici işlər nazirliyi "yazılı zəmanət" alınmadığı təqdirdə əsgərlərin şəhərlərdən çəkilməyəcəyini bildirib.

Suriya hökuməti növbətti həftə qüvvəyə minəcək atəşkəs razılaşmasından əvvəl bəzi şəhər və qəsəbələrdən əsgərlərini və tanklarını geri çəkəcəyini söyləyib.


Əfqanə Məzahirqızı

Sizin Reklam Yeriniz