Əlaqə Arxiv
news Image
2014.09.01
11:09
| A A A
Suriyada növbəti faciə - 42 uşaq öldürüldü

Suriyada növbəti faciə yaşanıb. Movqe.az-ın məlumatına görə, bu ölkədə son iki gün ərzində hökumət qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində azı 42 uşaq həlak olub. Hüquq-müdafiəçilərinin məlumatına görə, ölənlərin hamısı Suriyanın şimalındakı Hələb və İdlib şəhərlərinin sakinləridir.Paytaxt Dəməşqdə hərbi-hava qüvvələri şəhərin cənubundakı Cubar bölgəsini bombalamağa davam edir. Həmin ərazi üsyançıların nəzarəti altındadır. Hökumət qüvvələri Cubara hücumu ötən həftə başladıb.BMT-nin hesablamalarına görə, Suriyada 3 il yarımdır davam edən vətəndaş müharibəsi 200 mindən çox insanın həyatına son qoyub.


Sizin Reklam Yeriniz