Əlaqə Arxiv
news Image
2014.09.03
15:03
| A A A
Masallı rayonunun Gəyəçöl kəndində səyyar qəbul
Problemlər həllini tapacaq

Gəyəçöllülər kəndin mərkəzindəki istirahət guşəsinə toplaşmışdı. RİH başçısı Rafil Hüseynovun sakinlərlə görüşü olacaqdı. Söhbətin əvvəlində məlumat verildi ki, Gəyəçölün 3687 nəfər sakini var. Adamların məşğulluğu əsasən tərəvəzçilik və maldarlıqdandır.

RİH başçısı Rafil Hüseynov sakinləri salamlayıb dedi ki, problemləri, təklif və müraciətləri dinləməyə gəlmişəm.

Rayon rəhbərinin müraciətindən sonra təkliflər dinlənildi. Çıxış edən Afaq Əliyeva, Zaur Fətullayev, Cəfər Cəfərov, Elmira Abdullayeva, Gülcənnət Tağıyeva, Hatəm Quliyev, Məlik Məlikov, Lazım Kərimov, Qulu Abbasov və başqaları həyətyanı və payıbəlli torpaq sahəsi, kənd məktəbinin təmiri, yaşayış haqqında rayon rəhbərinə müraciət etdilər. Hörmətlı Rafil Hüseynovun icra başçısı işlədiyi dövrdə Masallının tərəqqidə olduğunu vurğuladılar. Dedilər ki, Masallı məhz bu gün tikilir, qurulur, abadlaşır. Quruculuq işlərində müasirlik özünü göstərir.

Rayon rəhbəri tövsiyələrini araya gətirdi. Məsələnin həlli üçün idarə rəhbərlərinə tapşırıq verdi. Dedi ki, Gəyəçöl müasir kənddir. Ərazidə qazın çəkilməsində, başqa tədbirlərdə xeyirxahlıq göstərən həmkəndlilərinizə təşəkkürümü çatdırıram. Başqa ərazi sakinləri də bundan nümunə götürsünlər.

Kəndiniz riyaziyyatçılar sülaləsi yetirir. Həsənbala müəllimi misal çəkmək istəyirəm. Yaşlı olsa da gənc nəslin təlim-tərbiyəsində fəal çalışıb.

Bu gün bu görüşdə rayon rəhbərinə yönələn suallar cavabsız qalmayacaq. Sosial məsələlərin hamısı həll olunacaq, içməli su da çəkiləcək, kəndli üçün vacib məsələlər həllini tapacaq. Elektrik təsərrüfatı yeniləşəcək. Bu barədə respublikanın təşkilatları qarşısında məsələ qaldırılmışdır. Nəticəsi müsbət olacaq.

RİH başçısı cox hörmətli Rail Hüseynov sonda dedi:

– Gəyəçöl ziyalılar kəndidir. Məktəbin şöhrətini geri qaytarmaq lazımdır. Güc birlikdədir. Sizin kəndin gözəl təhsil ənənələri var və bunu yaşatmaq gərəkdir. Məktəb-valideyn əlaqələrini möhkəmləndirin. Xeyriyyəçiliyə üstünlük verin. Tək qadınları olan ailələrə diqqəti artırın. Bu bizim mənəviyyatımız, kəndin, Masallının adıdır. Torpaqdan səmərəli istifadə edin. Erkən nikahlardan qorunun. Bu, ictimaiyyətin, bütün vətəndaş cəmiyyətinin borcudur. Səsləndirdiyiniz bütün təklif və müraciətlərin həll olunmasına çalışacağıq. Bu da əsasən torpaqla bağlıdır. Kəndli torpaqdan səmərəli istifadə etməli, əkin-biçinlə məşğul olmalıdır.


Sizin Reklam Yeriniz