Əlaqə Arxiv
news Image
2014.09.05
11:52
| A A A
Bakı dairəvi yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub

Sentyabrın 4-dən 5-nə keçən gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsində ("Sədərək" ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti bərpa olunub.


Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

Onun sözlərinə görə, yolun qeyd olunan hissəsində asfalt-beton örtüyünün aşınma qatının yenilənməsi və xətlənmə işləri nəzərdə tutulan müddətdə başa çatdırılıb.

 

Xatırladaq ki, Bakı dairəvi yolunun qeyd olunan hissəsi təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-ə keçən gecə bağlanıb.

Sizin Reklam Yeriniz