Əlaqə Arxiv
news Image
2014.09.19
08:50
| A A A
Azərbaycan ən güclü reaktiv sistemlərə malik ölkələrdən birinə çevrilir
Ordumuzun ixtiyarında “Smerç”lərlə yanaşı, “Kasırğa T-300” sistemləri də olacaq

Ölkəmiz keçmiş sovet regionunda Ərazilərinin bir hissəsi hələ də işğal altında qalan Azərbaycan ordusuun ən müasir silahlarlatəmin etməkdə davam edir. Bu isə ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Belə bir vaxtda yayılan məlumata görə, Türkiyənin "Roketsan" şirkəti aldığı sifariş əsasında Azərbaycana "Kasırğa T-300" reaktiv sistemlərini verməyə başlayıb. "Roketsan" şirkətinin rəhbəri Eyup Kaptan TRT kanalına açıqlamasında bildirib ki, Azərbaycanın sifariş verdiyi bir diviziyon (4 kompleks) "Kasırğa T-300" sistemi ilin sonunadək çatdırılacaq. Hər kompleksin tərkibinə 4 raket daşıya bilən mobil platforma, komanda-nəzarət mərkəzi, hava hücumundan müdafiə sistemi və radar daxildir.

Sistemin komponentlərinin hamısı mobil platforma üzərində yerləşdirilib. Bu da "Kasırğa T-300" sistemlərinin düşmən hədəflərinə dağıdıcı zərbə endirdikdən sonra qısa müddət ərzində öz mövqeyini dəyişdirməsinə, beləliklə, düşmənin cavab zərbələrindən yayınmasına imkan verir.

"Roketsan" şirkəti bundan əvvəl Azərbaycana 122 mm-lik raketlər atan "Sakarya" reaktiv yaylım atəşi sistemlərini də satıb. "Kasırğa T-300" sistemləri isə regionda ən güclü və ən dağıdıcı reaktiv sistemdir. Bu sistem 300 millimetrlik raketlərlə təchiz olunub və 150 kilometr məsafədən hədəfi darmadağın edə bilir.

Öz göstəricilərinə görə "Kasırğa T-300" Rusiya istehsalı olan və son vaxtlara qədər öz sinfində ən güclü silah hesab edilən "Smerç" reakiv yaylım atəşi sistemlərini də üstələyir. Belə ki, "Smerç" sistemləri daha kiçik kalibrli raketlərlə təchiz olunub və raketlərin tipindən asılı olaraq hədəfi 90-150 kilometr məsafədə vurur. Xatırladaq ki, Azərbaycan Rusiyadan iki diviziyon (hər diviziyonda 18 sistem) "Smerç" sistemləri alıb. Həmin silahla bağlı ylnız bunu qeyd etmək kifayətdir ki, Naxçıvanda yerləşdirilmiş "Smerç" raket sistemləri təkbaşına düşmən ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir. 9K58 "Smerç" sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Tərkibində dörd "Smerç" sistemi olan batereya 48 ədəd raketlə təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir. Yeni model 9A52M "Smerç-M" sistemi isə beşoxlu Tatra-816 modelli yük avtomobilin üzərində quraşdırılır. Bu sistemdə avtomatik atəşaçma texnikası və rabitə aparatları əlavə edilib. Həmçinin təkmilləşdirilmiş raket sistemi də inkişaf etdirlir. Yeni sistemin zərbə dairəsi artıq 90 km məsafəni əhatə edir və onun bu məsafədə vurma xətası 170 m həddindədir. Azərbaycanda hər iki sistemdən var. Altı ədəd "Smerç"dən ibarət briqada bir diviziyanın hərəkətini dayandırmaq və ya kiçik bir şəhəri tam məhv etmək mümkündür.

Türkiyə istehsalı olan "Kasırğa T-300" sistemləri isə düşmən nəzarəti altında olan ərazilərin dərinliklərində yerləşən hədəflərə, o cümlədən hərbi bazalara, qoşunların cəmləşdiyi yerlərə, nəqliyyat şəbəkələrinə, inzibati və sənaye obyektlərinə zərbələr endirmək üçündür. E.Kaptan bildirib ki, sınaqlar zamanı 5-10 "Kasırğa" qurğusundan açılan yaylım atəşi (bu isə 20-40 arası güclü döyüş başlığı deməkdir) 1 kilometr radiusda düşmənin bütün canlı qüvvəsini məhv etməyə təminat verir. "Kasırğa T-300" sistemlərinin alınmasından sonra Azərbaycan keçmiş sovet regionunda ən güclü reaktiv sistemlərə malik olan ölkəyə çevrilir. Belə ki, Azərbaycanın sərəncamında İsraildən alınan "Linx" reaktiv sistemləri, Rusiya istehsalı olan "Uraqan" və "Smerç" sistemləri, Türkiyə istehsalı olan "Sakarya" və "Kasırğa"lar, "Qrad" qurğuları, habelə Pakistandan alınan və hədəfi 1500 kilometr məsafədən vuran ballistik raketlər və s. var. Bu güclü silah sistemləri ərazilərin işğaldan azad edilməsi əməliyyatı zamanı hələ quru qoşunları və tank birləşmələri döyüşə girmədən düşmən hədəflərini, o cümlədən onun komanda-qərargah mərkəzlərini, dərinliklərdə yerləşən təchizat anbarlarını və kazarmalarını məhv etməyə imkan verir.

"Roketsan" şirkətinin rəhbəri yaxın aylarda ölkəmizdə Azərbaycan Silahlı Qüvvələri üçün yeni tank əleyhinə raketlərin testlərinin keçiriləcəyini də bildirib. E. Kaptan Azərbaycanın SOM qanadlı raketi ilə yaxından maraqlandığını bildirib. Onun sözlərinə görə, bu raketlərin MiQ-29 təyyarələrinə inteqrasiyası öyrəniləcək və bu istiqamətdə işlər aparılacaq. Qeyd edək ki, SOM qanadlı raketləri 250 km mənzilə sahibdir və öz sinfində dünyada ən müasir raketlərdən sayılır.

Sizin Reklam Yeriniz