Əlaqə Arxiv
news Image
2012.07.16
17:51
| A A A
USAİD və İqtisadi və Sosial İnkişaf Mərkəzi QHT-lərə dair hesabatını təqdim etdi

ABŞ Beynəlxalq İnkişaf Agentliyi QHT Davamlılıq İndeksi üzrə 2011-ci ili əhatə edən hesabatını açıqlayıb. 29 ölkə üzrə hazırlanan hesabat Avrasiyada QHT-lərin vəzəiyyətini təhlil edir. Azərbaycan üzrə hesabatın həmmüəllifi olan İqtisadi və Sosial İnkişaf Mərkəzindən (İSİM) verilən məlumata görə, ötən təqvim ili üzrə Azərbaycan Vətəndaş Cəmiyyəti Təşkilatlarının davamlılıq indeksi 4,7 bal olub. Ötən ildə QHT-lərin "Daxili Audit haqqında" Qanunun şamil edildiyi təşkilatların siyahısından çıxarılması müsbət hal kimi qiymətləndirilib. Belə ki, əgər QHT-lər məcburi audit tələblərinə riayət edə bilməsəydilər, 2500 manat cərimə olunacaqdılar.

Daha sonra QHT-lərin qanunvericilik işində iştirakından danışan hesabatda QHT-lərə Dövlət Dəstəyi Şurasının sifarişi ilə 3 qanun layihəsinin hazırlanmasından bəhs edilir. "Sosial sifariş", "Peşə birlikləri", "İcitmai iştirakçılıq haqqında" qanun layihələri qəbul olunsa, QHT-lərin fəaliyyət imkanları xeyli genişlənər.

Təqdimatda çıxış edən İSİM-in layihə meneceri Fainə Hənifəyevanın sözlərinə görə, keçən il dekabrın 30-da qəbul edilən "Sosial xidmət" haqqında Qanun QHT-ləri dövlət qurumlarının müxtəlif layihələrində iştirak etməsinə imkan yaradacaq. Hesabatın təqdimat mərasimində çıxış edən QHT Dəstək Şurasının icraçı katibi Fərasət Qurbanov belə hesabatların lazımlı olduğunu qeyd edərək bildirdi ki, bu cür təhlillər QHT-lərin harda olduğu, hansı mövqeyə malik olduğunu qiymətləndirməyə imkan verir. O, hesabatda başqa donor təşkilatların da ayırdığı vəsaitlərin məbləğinin göstərilməsinə tərəfdar olduğunu bildirdi. Fərasət Qurbanov qeyd etdi ki, hesabatda qeyd edildiyi kimi, 1000 təşkilatın qeydiyyatsız fəaliyyət göstərməsi barədə deyilənlərə şübhə ilə yanaşır. O bildirdi ki, son illərdə hökumətin QHT-lərlə əməkdaşlıq etdiyi layihələr artmaqdadır. Belə layihələrdən biri kimi, Əfrasət Qurbanov Azərbaycan hökuməti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə layihəsi olan SEDA-nı xatırlatdı. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən QHT resurs mərkəzləri öz işlərini getdikcə daha yüksək səviyyədə qurmağa çalışır.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Sahib Cəfərov isə illər üzrə nə qədər QHT-nin Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etməsi barədə statistikanın da hesabatda əks olunmasının tərəfdarı olduğunu dedi. Onun sözlərinə görə, bu halda qeydiyyat məsələsinin nə dərəcədə yaxşılaşıb və ya pisləşdiyini bilmək olar. Onun ehtimalına görə, qeydə alınan QHT-lərin sayının azalması müraciətlərin sayının azalması və ya QHT sektorunun tamamlanması, yeni təşkilatlara ehtiyacın olmaması ilə bağlı ola bilər.

Hesabatın təqdimat mərasimində o da qeyd edildi ki, 2011-ci ildə hazırlanan "QHT-lərin məsuliyyət xartiyası"nı 100-ə qədər QHT və QHT Dəstək Şurası xartiyanı təqdim etmək və daha çox QHT-ni cəlb etmək üçün ictimai dinləmələr təşkil edib.

Sizin Reklam Yeriniz