Əlaqə Arxiv
news Image
2014.10.10
08:43
| A A A
Sürətli tərəqqiyə yol açan mükəmməl siyasət
Cari ilin ilk üç rübünün yekunları Azərbaycanın qazandığı uğurların daha da artdığını göstərir

Müasir Azərbaycanın dinamik tərəqqisi onun bütün sahələrdə böyük uğurlar qazanması ilə müşayiət olunmaqdadır. Elə bunun nəticəsidir ki, hazırda Azərbaycan mövcud olduğu regionun lider dövləti statusunu daşıyır, eyni zamanda uğurlu inkişaf yolu ilə dünyada ən uğurlu nümunələrdən birinin müəllifi kimi çıxış edir. Qazanılan uğurların miqyasının davamlı olaraq genişləndirilməsi Azərbaycanın inamla və böyük nailiyyətlərə imza atmaqla irəlilədiyi inkişaf yolunun prioritet istiqamətlərdən birini təşkil edir. Bu isə o deməkdir ki, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurduqdan sonra Azərbaycan bazar iqtisadiyyatı şəraitində bundan sonra da daha qüdrətli dövlətə çevrilməsini təmin edəcək. İqtisadi cəhətdən davamlı olaraq güclənən, paralel şəkildə böyük müvəffəqiyyətlərlə nəticələnən siyasi islahatlar aparan Azərbaycan bununla həm də beynəlxalq miqyasda qazandığı nüfuzun daha da yüksəlməsinə nail olur.

Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səslənən məlumatlar da ölkənin qazandığı uğurların real təsdiqi qismində çıxış edir. Qeyd edək ki, son qlobal maliyyə böhranın fəsadları hələ tam aradan qalxmadığı üçün dünyanın bir çox ölkələrində, o cümlədən Avropada ciddi iqtisadi problemlər müşahidə olunmaqdadır. Lakin Azərbaycanda düşünülmüş, uzaq strateji hədəflərə hesablanmış məqsədyönlü siyasət ölkəmizdə tamam fərqli mənzərənin yaşanması ilə müşayiət olunur. Elə bunun nəticəsidir ki, 2014-cü ilin ilk üç rübündə ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz, onun qeyri-neft sektoru isə 6 faiz artıb. Ölkəmizin maliyyə mövqeyi daha da güclənib, məcmu valyuta ehtiyatlarımız 2014-cü il 1 oktyabr tarixinə 53 milyard ABŞ dolları səviyyəsinədək yüksəlib. Cari il ərzində valyuta ehtiyatları 3,6 milyard ABŞ dolları və ya 8 faiz həcmində artıb.

Burada xüsusi olaraq toxunulması vacib məqamlardan biri də budur ki, yaşanan inkişaf insanların həyatında da özünü qabarıq formada büruzə verir. İnsanların həyat səviyyəsi, bunu xaratkeriəz edən parametrlər getdikcə daha yüksək göstəricilərlə ifadə olunur. Ümumiyyətlə, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatlaırının təminatın ildən-ilə yaxşılaşması beynəlxalq səviyyədə də açıq etiraf edilir, bu sahədə Azərbaycanın nümunəvi bir dövlət olduğu vurğulanır. Həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərin inkişaf dinamikasına diqqət yetirməklə də bunun real təsdiqini görmək mümkündür. Son bir neçə ilin təhlili göstərir ki, Azərbaycanda əhalinin adambaşına düşən gəlirlərinin miqdarı, istehlak edilən məhsulların, göstərilən xidmətin həcmi davamlı olaraq artıb, bu zaman keyfiyyət göstəriciləri daha da yaxşılaşıb. Eyni zamanda mənzillə təminat, kommunal xidmətlərin müxtəlif növləri, təhsil, səhiyyə, mədəniyyət və bu qəbildən olan digər sahələrdə göstərilən xidmət kəmiyyət və keyfiyyət etibarı ilə əhəmiyyətli dərəcədə yüksəlib.

Eyni zamanda büdcədən sosial məqsədlərlə ayrılan vəsaitlərin həcminin davamlı şəkildə artımı da ölkəmizdə sosialyönümlü dövlət siyasətinin uğurla reallaşmasının mühüm göstəricisi sayıla bilər. Məlumat üçün qeyd edək ki, cari ilin 9 ayında dövlət büdcəsinin xərcləri 12 milyard 694 milyon manat və yaxud 86 faiz icra olunub. Ötən dövr ərzində dövlət büdcəsi xərclərinin 24,3 faizi və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı xərclərin payına düşür ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 252 milyon manat və ya 8,9 faiz çoxdur. Məhz bu, dövlətin vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğının real təzahürlərindən biridir. Bütün bunlar əhalinin maddi gəlirlərinin və beləliklə həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etdiyini real faktlar əsasında nümayiş etdirir.

İqtisadi sahədə həyata keçrilən siyasətin mühüm uğur parametrlərindən biri də odur ki, insanların maddi gəlirləri ilə inflyasiya arasında böyük fərq var. Cari ilin ilk üç rübündə ölkəmizdə inflyasiya çox aşağı səviyyədə olub və cəmi 1,5 faiz təşkil edib. Halbuki, bu dövrdə əhalinin pul gəlirləri 5,4 faiz artıb. Beləliklə də, əhalinin gəlirləri inflyasiyanı üstələyir və bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Bununla yanaşı, məşğulluq səviyyəsi, əmək şəraiti, insan hüquqların sosial təminatı sahəsində də qazanılan uğurların miqyası durmadan genişlənir. Ölkəmizdə insanların möhkəm sabitlik, təhlükəsiz şəraitdə yaşaması, maddi gəlirlərinin artması, sosial xidmətlərin hamı üçün əl çatan olması və digər bu kimi hallar demoqrafik göstəricilərə də müsbət təsir göstərməkdədir. Ötən illərin müqayisəli təhlili göstərir ki, Azərbaycanda həyatın davamlılığı sahəsində vəziyyət müsbətə doğru dəyişir və orta yaş həddi daha da artır. Bütün bunlar bir daha dinamik inkişaf edən Azərbaycanın uğurlu tərəqqisinin bilavasitə insanların həyatında da özünü əks etdirdiyini bariz şəkildə nümayiş etdirir.

Azərbaycan iqtisadiyyatında qazanılan uğurlar müvafiq beynəlxalq qurumların da xüsusi diqqət mərkəzində yer almaqla təqdir olunur. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizin beynəlxalq qiymətləndirmə reytinqlərində əldə etdiyi yüksək iqtisadi mövqeləri də qorunub saxlanılıb. Həmçinin, Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artaraq, qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlib. Qeyd deilənlər Azərbaycan xalqının ümumi intibahına təsirsiz ötüşməyərək onu daha yüksək hala gətirməkdədir.

Sizin Reklam Yeriniz