Əlaqə Arxiv
news Image
2014.10.20
11:47
| A A A
Güclü külək Bakıda orta məktəbin damını uçurub

Təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb


Oktyabrın 19-u axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb.

 

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Mövqe.az-a verilən xəbərə görə, bununla əlaqədar olaraq bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb.

 

Dünən məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlər bununla bağlı məlumatlandırılıb. Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertlər araşdırma aparır. Gün ərzində tədrisin bərpa olunması vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

Sizin Reklam Yeriniz