Əlaqə Arxiv
news Image
2014.11.12
09:39
| A A A
Terror təhdidi böyüyür

Daha bir terrorçu qruplaşma İŞİD-ə dəstəyini bəyan edib. Sina yarımadasında terror aktları həyata keçirən Misirin ən təhlükəli "Ənsar Beyt əl-Maqdis" terrorçu qruplaşması İŞİD-ə sədaqət andı içiblər. Bundan başqa, onlar dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanlara da müraciət edərək "xəlifə"yə itaət etməyə və dəstək olmağa çağırıblar.

Xatırladaq ki, bundan əvvəl də artıq bir neçə terror qruplaşması İŞİD-ə beyət etdiyini açıqlayıb. Həmçinin dünyanın müxtəlif yerlərindən fərdi şəkildə İŞİD-ə qoşulanların da sayı artmaqdadır. Təxmini rəqəmlərə görə, hazırda İŞİD-in 30 mindən artıq üzvü var. Dünyada terrorizmə qarşı mübarəzinin aparıldığı dövrdə bir təşkilatın bu qədər genişlənməsi isə maraq doğurur. Eyni zamanda genişlənən İŞİD-in təhdid arealanın artması da istisna edilmir. Hansı ki, zaman-zaman təşkilatın müxtəlif səviyyəli nümayəndələri Qafqazı da hədəf aldıqlarını dilə gətiriblər.


İlham İsmayıl: "Siyasi, geopolitik maraqlar İŞİD-ə ayaqda durmağa imkan verir"


Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı İlham İsmayıl hesab edir ki, İŞİD fəaliyyət göstərdiyi müddət ərzində ona belə qoşulmalar davam edəcək: "Terrorizmə qarşı mübarizə aparan ölkələr bu məsələnin həllində kifayət dərəcədə effektiv fəaliyyət göstərə bilmirlər. Yaxud da göstərmək istəmirlər. Onların siyasi, geopolitik maraqları İŞİD-ə ayaqda durmağa imkan verir. Ona görə də maliyyə cəhətdən zəifləmiş bu və ya digər qruplar İŞİD-ə qoşulmaqla həm maliyyə, həm də ayaqda qalmaq cəhətdən onların yanında olmaq istəyirlər. Bu proses dünya gücləri tərəfindən məsələnin həlli üçün lazımi addımlar atılmayınca davam edəcək. Lazımi cavab dedikdə İŞİD tam məhv edilməsi nəzərdə tutulur".

İlham İsmayılın fikrincə, İŞİD-in məlum bölgədən kənarda təhlükəsi o qədər də böyük deyil: "İŞİD İraq-Suriya coğrafiyasında möhkəmlənmək istəyir. Çünki, onların gəlir yeri neft yataqlarıdır. Həmin yataqları ələ keçirməyə cəhd edirlər. İŞİD-in digər ölkələrə keçməsi çətin məsələdir. Məsələn, yaxın dövlətlərdən biri Türkiyədir. Ancaq Türkiyənin güclü ordusu olduğu üçün ora keçə bilmirlər. Cəhd etsələr də, ayaq sala bilmirlər. O dövlət ki güclüdür, İŞİD-in daxil olmamasını qarşısına məqsəd qoyub, terror təşkilatı ora girə bilmir. Onlar Azərbaycan da daxil olmaqla Qafqazdan çox uzaqdırlar. Uzaq başı burada onların tərəfdarları ola bilər".


Ərəstun Oruclu : "Qafqazda İŞİD-lə əlaqəsi olanlar var"


Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq MTN əməkdaşı Ərəstun Oruclu bildirir ki, terror vüsət almasa idi, ona qarşı mübarizə də aparılmazdı: "Buna görə də terrorçular arasında əməkdaşlığın genişlənməsi təbiidir. Çünki, bütün terror təşkilatları yaxşı anlayırlar ki, onları tək-tək məhv etmək daha asandır. Necə ki, dövlətlər terrorçulara qarşı koalisiya yaradılır, eyni ilə həmin qaydada öz fəaliyyətlərni həyata keçirmək üçün terrorçular da birləşirlər. Çünki, buna ehtiyac var".

Ekspert əlavə etdi ki, bu təşkilatların Qafqaza, Azərbaycana təhlükəsi müəyyən formada ola bilər: "Qafqazda müstəqil terror təşkilatları yoxdur. Burada yalnız İŞİD ilə əlaqəsi olanlar var. Bölgə üçün belə təhlükə ola bilər ki, həmin terrorçu təşkilatlar öz əlaqələri vasitəsi ilə bölgəyə nüfuz edə bilərlər. Ancaq bölgədə yeni terror təşkilatının yaranma ehtmalı kifayət qədər azdır".


Arzu Nağıyev: "İŞİD-in yaradılmasında əsas məqsəd Suriya və İraqda mövcud rejimi dəyişmək və bu dövlətləri parçalamaq idi"


Siyasi şərhçi, Trend beynəlxalq informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev bildirdi ki, terrorizmin mahiyyəti qorxutmaq, vahiməyə salmaq məqsədilə zorakılıqdır: "Ümumiyyətlə, dünya üzrə terror təşkilatlarının siyahısını təşkil etmək həddən artıq çətindir, lakin bunların həddən artıq radikal təşkilatları təxminən 13-14 saydadır. Son vaxtlar buna İŞİD qrupılaşması da əlavə edilib. Məhz özünü biruzə vermək üçün İŞİD-ə qoşulmağa meyilli olan tək Misirin ən təhlükəli "Ənsar Beyt əl-Maqdis" terrorçu qruplaşması deyil. Məlumdur ki, terror təşkilatlarının mövcudluğu üçün onun maliyyə məsələsi də gərəkdir. Buna görə də müxtəlif qruplaşmaların İŞİD-lə birləşməsi normal bir hal kimi qəbul edilir. Elə İŞİD-in özü əvvəl Azad Suriya Ordusu adı ilə yaranıb, sonradan başqa adla fəaliyyətə başlayıb. Diqqətlə izlədikdə görünür ki, terror təşkilatlıarının əsas məqsədi lazım olan son nəticəyə inqilab, dövlət çevrilişi, cəmiyyətdə stabilliyin pozulması, xarici dövlətlə müharibə, bəzi ərazilərin müstəqilliyi, hakimiyyətin nüfuzdan salınması, hakimiyyət tərəfdən müəyyən siyasi güzəştlər əldə etmək və bu sıradan olan məsələlərdir və buna cəmiyyətin rezonansıdır. Məxfi saxlanılan və əhəmiyyət verilməyən terror hadisəsi mənasız sayılır. Bu gün isə hər bir terror hadisəsi cəmiyyətə necə deyərlər, işıq sürəti ilə çatdırılır, əlbəttə media vasitəsilə. Bir sözlə, cəmiyyətdəki rezonans terrorçulara ictimai əhval-ruhiyyəni dəyişdirmək üçün lazımdır və qruplaşmanın tərkibinin genişlənməsi də bundan xəbər verir. İŞİD-in yaradılmasında əsas məqsəd Suriya və İraqda mövcud rejimi dəyişmək və bu dövlətləri parçalamaq idi. Ən əsası İŞİD ABŞ və bir sıra Qərb dövlətlərinin tapşırığı, maliyyə və digər dəstəyi ilə Bəşər Əsəd rejiminə qarşı Azad Suriya Ordusunun bazasında yaradılmışdı. İstənilən silahlı terror qurumunun tərkibində döyüşlərdə iştirak etmiş bu şəxslər öz daimi yaşayış yerlərinə, istər Qərb ölkələrinə, istərsə də digər ölkələrə qayıtdıqdan sonra qanun qarşısında cavab verməli olduğu məlumdur. Əvvəllər onlarla mübarizə aparılsa da, hüquqi tənzimləmə zəif idi. Ancaq artıq 2014 cü ilin mart ayından Azərbaycanda da bunun hüquqi bazası var və Cinayət Məcəlləsi ilə təsbit edilir. Qərb dövlətlərindən Suriyada və İraqda döyüşlərdə iştirak edən həmin şəxslər həddən artıq çoxdurlar və öz ölkələrinə qayıdanda böyük təhlükəyə çevrilə bilərlər. Çünki, qərb dəyərlərinə görə, insan haqlarının tapdalanması məsələsinin kölgəsində gizlənməyə çalışırlar. Lakin terror məsələsi ortaya çaxnda artıq insan haqlarından danışmaq gec olur".

Sizin Reklam Yeriniz