Əlaqə Arxiv
news Image
2014.11.14
07:53
| A A A
Ermənilər Qarabağ tərk etməyə hazırlaşır
Ekspertlərə görə, Ermənistana aid Mi-24 tipli helikopterin vuruluması bir daha göstərdi ki, Azərbaycan əsgəri lazım olan məqamda düşməni yerində otuzdurmağa qadirdir

Noyabrın 12-də Ermənistana aid Mi-24 tipli helikopterin Azərbaycan silahlı qüvvələri tərəfindən məhv edilməsi düşmənə vurulan növbəti sarsıdıcı oldu. Xatırladaq ki, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada provokasiya xarakterli uçuşlar həyata keçiriblər.

Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası noyabrın 12-də daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib. Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib. Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.b uhal Ermənistanda böyük ajitotajla qarşılanıb. Ermənistanın "Haykakan jamanak" qəzeti yazır ki, Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 13-də gizli şəkildə Dağlıq Qarabağa gəlib. Qəzetin yazdığına görə, səfər geniş ictimaiyyətdən gizli saxlanır.Qeyd olunur ki, Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə gəlişi Ağdamda Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin vurulması ilə bağlıdır. Hadisə ilə bağlı Dağlıq Qarabağda çaxnaşma yaranıb və erməni əhali regionu tərk eləmək istəyir.

Hazırda maraq doğuran hal baş vernələrin cəbhədəki vəziyyətə nə vəd etməsidir. Hərbçi ekspert Üzeyir Cəfərov hadisənin müharibə vəziyyətinə gətirəcəyini düşünmür: "Düşünmürəm ki, Ermənistana məxsus helikopterin vurulması cəbhə bölgəsində geniş miqyaslı hərbi əməliyyatlara gətirib çıxarsın. Amma diqqətli olmaq lazımdır, eyforiyaya qapılmamalıyıq. Məkrli düşməndən istənilən hərəkəti gözləmək olar. Sözsüz ki, erməni tərəfi çalışacaq ki, təxribatların sayını artırsın. Bütün bunlar ona görə ediləcək ki, Ermənistanın öz daxilində böyük narazılıqlar var. Vertolyotun vurulmasından sonra yəqin ki, Serj Sarkisyanla müdafiə naziri Seyran Ohanyan vəziyyətlərinin daha da kəskinləşdiyini başa düşür. Amma vertolyotun vurulması hadisəsi pik nöqtə oldu. Azərbaycan əsgəri günün 24 saatını daim döyüş hazırlığı vəziyyətindədir. Son hadisə də bir daha göstərdi ki, Azərbaycan əsgəri lazım olan məqamda düşməni yerində otuzdurmağa qadirdir. Düşmən etdiyi bu hərəkətə görə, cavabını aldı və bundan sonra da ikiqat alacaq. Düşünmürəm ki, ermənilər öz döyüş vertolyotlarını yenidən o istiqamətə göndərsinlər, göndərsələr yenə də layiqli cavablarını alacaqlar. Buna Azərbaycanın yetərincə imkanları var. Gərginlik hər zaman var. Amma bununla belə, düşünmürəm ki, son olaydan sonra da cari ilin avqustunda müşahidə etdiyimiz gərginlik təkrarlansın. Bu dəfə onlar təlim keçirdilər deyə, cəbhəyə yaxın ərazilərdə özlərini göstərməyə çalışırdılar. Ancaq görüdünüz ki, əsgərlərimiz bir atəşlə onların layiqli cavabını verdi. Sabah vəziyyət onlarla atəşlə müşayiət oluna bilər. Onda Ermənistanın vəziyyəti heç də yaxşı olmayacaq. Ermənilərin bu fonda artıq-əskik hərəkət edəcəklərinə inanmıram. Amma bütün hallarda eyforiyaya qapılmamalıyıq".

Politoloq Elşən Manafovun fikrincə, son olay erməni tərəfinin cəbhə xəttində provokasiya xarakterli hərbi əməliyyatları həyata keçirmək istəyindən irəli gəlirdi: "Həmçinin, şübhəsiz ki, Ermənistanı bu provokasiyaya təhrik edən qüvvələr də var. Baş verən olay sadəcə göstərdi ki, ölkəmiz onunla təzyiq dilində danışmaq istəyən qüvvələrə özünün mövqeyini açıq mesajla bildirdi".

Baş verən hadisə dünya miqyasında da xüsusi diqqət mərkəzindədir. ABŞ Dövlət Departamentinin sözçüsü Cenifer Psaki hadisəni belə şərh edib: "Son hadisələr Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərimizi ikiqat artırmağın, o cümlədən gərginliyi azaltmağın və atəşkəs rejiminə riyaət etməyin zəruriliyinə dair daha bir xatırlatma oldu". NATO da Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan SQ-nin hərbi vertolyotunu vurması barədə məlumatlardan narahatdır. Bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "facebook"dakı səhifəsində yazıb: "İnsidentin hansı şəraitdə baş verməsindən asılı olmayaraq, tərəflər təmkin nümayiş etdirməli və münaqişənin diplomatik yolla həllinə nail olmalıdırlar". ATƏT-in baş katibi Lamberto Zaniyer isə deyib ki, bu cür insidentlər böhranın miqyasını genişləndirə bilər: "Biz Dağlıq Qarabağda və Dağlıq Qarabağın hüdudlarından kənarda baş verən hadisələrdən çox narahatıq. Bu cür hadisələr onsuz da qeyri-stabil olan vəziyyəti daha da gərginləşdirə bilər".

Sizin Reklam Yeriniz