Əlaqə Arxiv
news Image
2012.04.11
12:57
| A A A
«Avroviziya-2012»: Azərbaycan həqiqətləri yerli və xarici mediada Mətbuat Şurası bu mövzuda «dəyirmi masa» keçirəcək
Aprelin 12-i saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Avroviziya-2012»: Azərbaycan həqiqətləri yerli və xarici mediada» mövzusunda «dəyirmi masa» keçiriləcək.

Aprelin 12-i saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Avroviziya-2012": Azərbaycan həqiqətləri yerli və xarici mediada" mövzusunda "dəyirmi masa" keçiriləcək.

Ölkəmizdə fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin, ictimai xadimlərin qatılacaqları tədbirdə "Avroviziya-2012" beynəlxalq musiqi yarışması ilə bağlı yerli və xarici media orqanlarında gedən materiallara diqqət yetiriləcək, onların spesifik xüsusiyyətləri barədə fikir mübadiləsi aparılacaq.

Tədbirdə həmçinin Azərbaycan jurnalistlərinin nüfuzlu mahnı müsabiqəsinin keçirildiyi günlərdəki fəaliyyət istiqamətlərinə dair müzakirələrin də təşkili nəzərdə tutulur.


Sizin Reklam Yeriniz