Əlaqə Arxiv
news Image
2014.11.27
09:15
| A A A
İkili standartlar Qərbdə böyük problemlərə yol açır
Belə standartların tətbiqi ABŞ və Avropada insan haqlarının kobud formada pozulmasına münbit şərait yaradır

Özünü insan haqlarının qorunmasında əsas müdafiəçilərdən biri qismində görən ABŞ-da eləinsan haqları ilə bağlı çox ciddi problem yaşanmaqdadır. Hər halda okeanın o tayında hazırda baş verən proseslər bu qəanətə gəlməyə əsas verir. Söhbət ABŞ-ın Ferqyuson qəsəbəsində polis və Maykl Braun adlı afroamerikan gəncin öldürülməsi qətli törədən polisə heç bir cəzanın tətbiq edilməməsindən gedir. Məsələ bundadır ki, ABŞ-ın Missuri ştatının Andlılar Məhkəməsi avqustda Ferqyusonda qaradərili yeniyetməni güllələyən polis əməkdaşı Darren Uilsonu günahsız sayıb. Missuri ştatının qubernatoru Cey Nikson 18 yaşlı afroamerikalı MayklBraunun qətli ilə bağlı məhkəmə qərarının elan olunması ərəfəsində şəhərdə fövqəladə vəziyyət elan edib. Lakin polis əməkdaşının günahsız olduğunu elan edilməsi böyük narazılığa yol açıb. Bununla bağlı yenidən etirazlar başlayıb. Bəzi sakinlər hüquq-mühafizə orqanları əməkdaşlarının avtomobillərinə hücumlar edərək onlara daş butılkalar atıblar. Baş vermiş kütləvi iğtişaşların və onların törətdiyi yanğın və dağıntıların dayandırılması məqsədilə Ferqyusona əlavə olaraq 2000 əsgəri qüvvə yeridilir.Missuri ştatının qubernatoru Cey Nikson bildirib ki, Ferqyusonda baş vermiş zorakılıqlar davam edə bilməz. Qubernatorun əraziyə əsgəri qüvvə gətirilməsi barədə qərarından az əvvəl Ferqyuson şəhərinin meri Ceyms Nouels onu astagəllikdə ittiham edib. Mer bildirib ki, ən pis ssenariyə hazır olmaq lazımdır. O, ABŞ-da daxili qoşun növü sayılan Milli Qvardiya əsgərlərinin etiraz rayonlarına vaxtında göndərilməməsini kəskin tənqid edib.Mer deyib ki, ordu hissələrinin gecikdirilməsi etirazçıların yerli biznesə və şəxsi mülkiyyətə dağıdıcı ziyan vurmasına səbəb olub. Ferqyuson şəhərinin meri israr edir ki, daxili qoşunlar qərar elan olunmazdan əvvəl yeridilməliydi. Başverən hadisələrin gedişində və onlardan sonra Ferqyusonvə qonşu Luisdə 80 nəfər həbs edilib.Braunun ailə vəklilləri polis zabitinin təqsirsizliyinin təsdiqi ilə bitmiş prosesi ədalətsiz adlandırıblar. Vətəndaş haqları fəalları da polisin günahsızılığı ilə bağlı qərarı qətiyyətlə pisləyiblər. Onlar bildiriblər ki, polisin hesabatlığını artırmalı olan qanunun, yəni Maykl Braun qanunun qəbul edilıməsi üçün mübarizəni davam etdirəcəklər. İnsan haqları fəalları tərəfindən irəli sürülmüş qanun layihəsi polis nəfərlərinin icbari qaydada videokamera gəzdirmələrini tələb edir.Qeyd edək ki, ABŞ-ın Missuri ştatındakı Ferqyuson şəhərində ictimai etirazlar avqustun 9-da, Afrika mənşəli on səkkiz yaşlı zənci Maykl Braun müəmmalı şəraitdə polis zabiti tərəfindən güllələndikdən sonra başlanıb. Şəhər polis qərargahından verilən məlumata əsasən, "911" xilasetmə xidmətinə yerli mağazadan oğurluq edilməsi barədə məlumat daxil olub. Şübhəli şəxsin xarici görünüşü Maykl Braunun xarici görünüşü ilə uyğun gəlirdi. Şəhər polis rəisinin məlumatına görə, Braun polisə tabe olmayıb və onun silahını ələ keçirməyə cəhd göstərib, bundan sonra polis onu güllələyib. Hadisənin şahidləri isə iddia edirlər ki, öldürülən yeniyetmə əvvəlcə dayandırılıb və polisin əmrindən sonra əllərini qaldırıb, lakin buna baxmayaraq, heç bir əsas olmadığı halda zabit onu öldürüb. Həmin gündən ştatın qubernatoru və şəhər administrasiyası şəhərə hərbiləşdirilmiş polis hissələri daxil edib. Braunun ailəsi tərəfindən tutulmuş müstəqil məhkəmə müstəntiqi meyitin yarılmasının nəticələrini elan edib. Onun sözlərinə görə, Maykl Braun 6 güllə ilə öldürülüb, güllələrdən ikisi onun başına dəyib. Şəhər sakinləri ehtiyat edirlər ki, bu məlumatlar Ferqyusonda vəziyyəti daha da gərginləşdirə bilər. Toqquşmalar davam edərsə, 1992-ci ilin aprelində Los-Ancelesi iflic edən ictimai iğtişaşlar Fergusonda da yarana bilər. Xatırladaq ki, 1991-ci il martın 3-də qaradərili Rodni Kingin idarə etdiyi avtomobil sürət həddini aşdığına görə həbs edilərkən polislərə müqavimət göstərdiyi üçün dörd ağdərili polis onu döymüş, 1992-ci il aprel ayında isə andlılar məhkəməsi həmin polislər barəsində bəraət hökmü çıxarmışdı. Bundan sonra Los-Ancelesdə başlanan iğtişaşlarda 53 nəfər həlak olub. Bu dəfə də analoji hadisələrin təkrar olunması istisnalıq təşkil etmir. Maraqlıdır ki, başqa ölkələrdə belə hadisələr baş verəndə sərt iradlar tutan Avropa digər Qərb ölkələri məsələyə biganə münasibət bəsləyirlər. Heç onlar hansısa mövqe açıqlamırlar. Amma başlqalarına gələndə özlərini insan haqlarının müdafiəsində yorulmaz carçı kimi qələmə verirlər. Başqa ölkələrdə qəzəbli kütlə belə hərəkətlər edərkən və polis onlara qarşı qanunvericiliklə nəzərdə tutulmuş adekvat addımlar atarkən Qərb neqativinin bütün ağırlığı ölkəyə qarşı yönəlir. Amma ABŞüçün dənəsə bu keçərli sayılmır bu da ikili standartın ən bariz nümunəsi sayılır. Lakin bu ikili standartlar artıq Qərbin özünə qraşı çevrilir, çünki burada insan haqlarının pozulması belə şəraitdə daha geniş vüsət alır.

Sizin Reklam Yeriniz