Əsir düşmüş əsgərimizin səhhəti ilə bağlı məlumat yayılıb
Ermənilərin əsir götürdüyü Azərbaycan Ordusunun hərbi qulluqçusu Firuz Fərəcovun sağlamlığı qaydasındadır.
APA-nın məlumatına görə, bu barədə "News
Armenia" portalına Ermənistan Əsir, itkin və girovlarla iş üzrə
Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Armen Kaprielyan
bildirib.
Onun sözlərinə görə, azərbaycanlı əsirin sağlamlıq durumu
qaydasındadır və hər hansı problemi yoxdur.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçisi F. Fərəcov iyulun 26-da
Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.