Əlaqə Arxiv
news Image
2012.08.13
12:00
| A A A
Rəsmi Tehrandan etinasız matəm qərarı

İranın Şərqi Azərbaycan əyalətinin hakimiyyəti Cənubi Azərbaycanda 2 gün əvvəl baş verən güclü zəlzələdə ölənlərlə bağlı matəm elan edib. Lent.az-ın İSNA-ya istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində azı 300 nəfərdən çox insan həlak olub, 5 min nəfər isə yaralanıb.

Əyalət rəhbərliyi matəmin 2 gün – avqustun 13-də və 14-də davam edəcəyini bildirib. Maraqlıdır ki, matəm ancaq Cənubi Azərbaycanda elan edilib. Mərkəzi hökumət 300-dən çox vətəndaşının ölməsinə baxmayaraq, İranın digər ərazilərində matəm elan etməyə ehtiyac görməyib...
Evləri dağılmış minlərlə sakin hazırda çadırlarda yaşayırlar. Onlar yataq və zəruri ərzaqla təmin olunurlar.

Sizin Reklam Yeriniz