Əlaqə Arxiv
news Image
2012.08.22
14:17
| A A A
Bakıda 13 küçə və prospektdə hərəkət dayandırılıb -SİYAHI

Təmir-yenidənqurma işləri ilə əlaqədar Bakının xeyli küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Lent.az-ın məlumatına görə, paytaxtın ən böyük və mərkəzi prospektlərindən olan "Neftçilər" prospekti bağlandığı üçün şəhərdə maşınların hərəkəti daha da çətinləşib. Bayıl istiqamətindən mərkəzə doğru hərəkət edən nəqliyyat vasitələri Qurban Abbasov – Xanlar küçələrinə tərəf hərəkət etməli olur ki, bu da qəsəbə daxilində sıxlığa səbəb olur. Bundan başqa, "Neftçilər" prospekti ilə birləşən Bülbül, Azadlıq prospektləri, , Zərifə Əliyeva, Səməd Vurğun, Rəsul Rza küçələrində də hərəkətə məhdudiyyət qoyulub. Həmçinin "İçərişəhər"ə "Neftçilər" prospektindən giriş-çıxış bağlanılıb. Hazırda "İçərişəhər"ə giriş və çıxış yalnız Qoşa Qala qapısından mümkündür.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi şəhərdə 13 məntəqə (küçə və prospekt) üzrə hərəkətin dayandırıldığı haqda məlumat yayıb. Bağlanan küçə və prospektlər bunlardır.
• Yolun asfalt örtüyü yenilənir. Yol bağlıdır. (General Akim Abbasov küç.)
• Yol bağlıdır. (Əziz Əliyev küç.)
• Təmir-tikinti işləri aparılır. Yol bağlıdır! (Neftçilər pr.)
• Təmir-tikinti işləri aparılır. Yol bağlıdır! (Zərifə Əliyeva küç.)
• Abbas Mirzə Şərifzadə küçəsində CƏNUB istiqamətində yol təmir işləri gedir. (Abbas Mirzə Şərifzadə küç.)
• Yol bağlıdır! (Həsənbəy Zərdabi pr.)
• Yol bağlıdır. (Bülbül pr.)
• Təmir-bərpa işləri aparılır (Afiyəddin Cəlilov küç.)
• Təmir-bərpa işləri aparılır. (Niyazi küç.)
• Yol təmir tikinti işləri ilə əlaqədar yol bağlıdır. (Neftçilər pr.)
• Təmir-bərpa işləri aparılır. Yol bağlıdır. Nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. (Abbas Mirzə Şərifzadə küç.)
• Ü.Hacıbəyov küçəsində hərəkət hissəsi müvəqqəti 2 istiqamətli edilməsilə əlaqədar olaraq R.Zorge küçəsi bağlanıb.(Rixard Zorge küç.)
• Ü.Hacıbəyov küçəsində hərəkət hissəsi müvəqqəti 2 istiqamətli bağlanıb.

Qeyd edək ki, yol polisi sürücülərdən qeyd olunan istiqamətlərə doğru alternativ marşrut seçmələrini tövsiyə edib.

Sizin Reklam Yeriniz