Əlaqə Arxiv
news Image
2012.08.23
08:15
| A A A
Ermənistan özü bölgənin təhlükəsizliyi üçün təhdid yaradır
“Vəziyyəti təhlil edərkən ortaya belə bir nəticə çıxır ki, təcavüzə məruz qalan Azərbaycandır, Ermənistan isə işğalçılıq siyasətindən imtina etmir”

Hazırda bölgədə vəziyyəti gərginləşdirən varsa, o da Ermənistanın özüdür. Bu sözləri Gün.Az-a Amerikadan Güney Azərbaycan Sosial və Mədəniyyət Araşdırmalar Mərkəzinin və Azərbaycan Milli Dirəniş Hərəkatının sədri, politoloq Davud Turan Amerika Birləşmiş Ştatların Avropadakı Quru Qoşunlarının komandanı general-leytenant Mark Hertlinqin regionda baş verən hərbi proseslərlə bağlı "The Foreign Policy" jurnalında çıxan məqaləsini şərh edərkən bildirib.

"Vəziyyəti təhlil edərkən ortaya belə bir nəticə çıxır ki, təcavüzə məruz qalan Azərbaycandır, Ermənistan isə işğalçılıq siyasətindən imtina etmir. Belə olan halda Azərbaycan nə etməlidir?

Təbii Azərbaycan silahlanmalı və öz ordusunu gücləndirməlidir. Çünki sülh yoluyla danışıqlar prosesinəticə vermir.

Ümumilikdə bu gün Ermənistan bölgənin təhlükəsizliyi üçün də problem yaradır və bunu Vaşinqtonda görməyə bilməzlər. Sadəcə olaraq, orada hesab edirlər ki, Ermənistanı asılı olan vəziyyətdən çıxardıb, müstəqil siyasət yürütməsinə şərait yaratmaq lazımdır.

Məncə, bu siyasət indiki dövr üçün keçərli deyil və bunu gerçəkləşdirmək çətin məsələdir", - deyə politoloq qeyd edib.
Sizin Reklam Yeriniz