Əlaqə Arxiv
news Image
2012.08.28
08:05
| A A A
ARDNŞ-də yeni ixtisarlar olacaq
Şirkətə kənardan işə qəbul prosesi dayandırılıb

Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tərkibində emal sənayesilə birgə ümumilikdə 69 min işçi çalışır. Bunu ARDNŞ-nin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib.

O söyləyib ki, ARDNŞ işçilərinin sayı ildən-ilə azalır. Şirkətin bəzi müəssisələrinin idarəetmə aparatlarında işçilərinin sayı normalardan çox olduğu üçün onlar başqa müəssisələrə köçürülürlər. ARDNŞ-nin müəssisələrində indiki struktur dəyişikliyinin 65-70 faizi idaraəetmə aparatlarına aiddir.

X.Məmmədov deyib: "Yəni, bu yaxınlarda 6 qazma idarəsi var idi, amma indi 3 qazma idarəsi saxlanılıb. Bu qazma idarələrinin hər birinin idarəetmə aparatlarında kadrlar, hüquq, plan, əməyin təşkili və digər şöbələri fəaliyyət göstərirdi. İndi bu şöbələrə ehtiyac qalmayacaq və burada idarəetmə ilə məşğul olan işçilərin sayı azalacaq. Bu kimi struktur dəyişikliyi bəzi işçilərin itirilməsinə səbəb olacaq. Amma işlərini itirən işçilər də başqa yerlərə göndəriləcək. Bunun üçün ARDNŞ əvvəlcədən hazırlıq işləri həyata keçirib və şirkətə kənardan işə qəbul prosesi dayandırılıb. Kənardan işə qəbul dayandırıldıqdan sonra yalnız daxili müsabiqələr keçiririk və ARDNŞ-ın əməkdaşlarını bir işdən başqa işə keçirə bilirik".

Onun sözlərinə görə, hazırda ARDNŞ-də orta aylıq əmək haqqı 773 manat təşkil edir ki, bu da ölkə səviyyəsində yaxşı göstəricidir.
Sizin Reklam Yeriniz