Əlaqə Arxiv
news Image
2012.08.30
08:08
| A A A
Millət vəkilindən şadlıq evləri ilə bağlı qəzəbli açıqlama
“Fahişələrin adına toyxanalar-restoran, şadlıq evləri...”


"Görəsən, dünyanın hansı şəhərində Bakıdakı, bütövlükdə Azərbaycandakı qədər qondarma şadlıq evləri və restoran adlarına rast gəlmək olar? Mən təsəvvürümə gətirə bilmirəm". Bunu xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı söyləyib.

Sabir Rüstəmxanlı deyib ki, nikah bağlamaq, ailə qurmaq, evlənmək müqəddəs bir işdir və ona kölgə düşməsini, onun adının hallanmasını da heç kim istəmir, yaxud, istəməz. Hər kəs istəyər ki, pak, təmiz bir yerdə bu izdivac baş tutsun və o, ömürlük yadda qalsın: "Amma bir baxın, Bakıda nə qədər köhnə, antik fahişələrin adına toyxanalar - restoran, şadlıq evləri var?! "Afrodita", "Kleopatra", nə bilim, daha nələr... Bunların bəzilərini də bəzən azərbaycanlı olmayan, bizim dilimizi sevməyən insanlar edirlər, bizim millətimizi təhqir etmək istəyirlər. Açırlar şadlıq evlərini, restoranları və onlara ya dədə-babalarının adlarını, yaxud da, öz dillərində bir şey uydurub tapmayanda, itin dili olsun, qurdun dili olsun, təki azərbaycanlıların dili olmasın, qoyurlar. Bunların da arxasında Azərbaycana və azərbaycanlılara xroniki nifrəti olan adamlar dayanır. Görünür, onların içində azərbaycanlılara bir xroniki nifrət var ki, bu eybəcər adları, fahişələrin adlarını bu şadlıq evlərinə, restoranlara "pərçim" edirlər və bizim uşaqlarımız, övladlarımız da məcbur olub gedib orada toy edirlər. Hesab edirəm ki, bunlar təcili yığışdırılmalı, bu məsələ ilə bağlı ciddi ölçü götürülməlidir".

Sizin Reklam Yeriniz