Əlaqə Arxiv
news Image
2012.09.01
08:27
| A A A
Jurnalistlərin nəqliyyat vasitələrindən pulsuz istifadə etməsi məsələsi Milli Məclisdə müzakirə oluna bilər
Səttar Mehbalıyev: "Özəl televiziya kanallarında həmkarlar təşkilatlarının yaradılması vacibdir"

"Jurnalistlərin ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə etməsi məsələsi Milli Məclisdə müzakirə oluna bilər". Bunu SalamNews-a Azərbaycan Həmkarlar İttifaqları Konfderasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, sovet dövründə təkcə jurnalistlər üçün deyil, müəyyən qrup insanlar üçün nəqliyyat vasitələrindən istifadə pulsuz idi. Amma müəyyən səbəblərə görə, həmin qrup insanlardan, o cümlədən jurnalistlərdən bu güzəştlər geri alındı. Amma mən indi də ölkədə fəaliyyət göstərən bəzi kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etmələrinin tərəfdarındayam və belə bir təklif vermişəm. Ona görə də, bu məsələ ölkə qanunları ilə öz həllini tapmalı və bunun əsasında həyata keçməlidir.

O deyib: "Bunun üçün dövlət orqanlarının nümayəndələri, ictimai təşkilatlar, ən əsası kütləvi informasiya vasitələri yenidən bu məsələni gündəmə gətirməli və bununla bağlı Milli Məclisdə, digər orqanlarda müzakirə aparılmalı və müəyyən razılıq üzrə qərar qəbul edilməlidir. Bu məsələni Milli Məclisdə gündəmə gətirə bilərəm və buna hər zaman dəstək verməyə hazıram".

O qeyd edib ki, Azərbaycanda özəl televiziya kanallarında həmkarlar təşkilatlarının yaradılması ilə şəxsən məşğul olacağam.

Hazırda Azərbaycanda dövlət televiziya kanalı (AzTV) və İctimai Televiziyada (İTV) həmkarlar təşkilatının olduğunu bildirən AHİK sədri təəssüflə deyib ki, özəl televiziya kanallarında həmkarlar təşkilatları yoxdur: "Amma bu kanallarda çalışan insanlar hər zaman mənə sual verirlər ki, ölkədə özəl təşkilatlarda həmkarlar təşkilatlarının yaradılması hansı səviyyədədir? Mən onlara sual verirəm: "Əgər televiziyalarda çalışan insanlar yığışıb öz həmkarlar təşkilatını yarada bilmirsə, biz başqa özəl təşkilatlarda çalışan işçilərdən nə gözləyə bilərik?"

S.Mehbalıyev vurğulayıb ki, hazırda həmkarlar təşkilatı olmayan bəzi televiziya kanallarında rəhbərlik ilə danışıqlar aparılır. Hazırda bəzi televiziya kanallarında həmkarlar təşkilatları yaradılsa da hələ fəaliyyətə başlamayıblar. Ona görə də, təqribən cari ilin oktyabr ayınadək mən bu məsələ ilə məşğul olacağam və televiziya kanallarının rəhbərləri və orada çalışan insanların özləri ilə şəxsən söhbətlər aparacağam.

O, ölkədə fəaliyyət göstərən qəzet və informasiya agentliklərində həmkarlar təşkilatlarının olub -olmaması məsələsinə də toxunub: "Azərbaycanda 500-dən çox qəzet nəşrləri var, bunun əksəriyyətində kiçik də olsa həmkarlar təşkilatları var".
Sizin Reklam Yeriniz