Əlaqə Arxiv
news Image
2012.09.01
21:15
| A A A
Ermənistan ordusu hazır vəziyyətə gətirildi
Bunu Serj Sarkisyan Təhlükəsizlik Şurasının fövqəladə iclasında bəyan edib

Ramil Səfərovun Azərbaycana qaytarılması və prezident İlham Əliyev tərəfindən əfv edilməsi rəsmi İrəvana hərəkətə keçirib. Artıq Ermənistan ordusu hazır vəziyyətə gətirib.

ANS PRESS-in Ermənistan prezidentinin internet saytına istinadən verdiyi məlumata görə, Serj Sarkisyan Təhlükəsizlik Şurasının fövqəladə iclasında bəyan edib. O, bildirib ki, İrəvan son hadisə ilə barışa bilməz və konkret addımlar atmalıdır: "Birinci addım artıq atılıb. Müdafiə naziri və silahlı qüvvələrin baş qərargahı ordumuzun sayıqlığını artırıb. Bu, vacib şərtdir. İkincisi, Qorik Qugenoviç (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru) müşavirədən sonra yanıma gəlin. Mizə tapşırığım var".
Serj Sarkisyan bildirib ki, Ermənistan parlamentinin sessiyası keçirilməli və Ramil Səfərovla bağlı məsələ müzakirə edilməlidir.

Sizin Reklam Yeriniz