Əlaqə Arxiv
news Image
2012.09.05
12:57
| A A A
Şairlər azadlıqda
Onlar vətənə qayıdırlar...

İranda həbs olunmuş Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə sentyabrın 4-də azad olunublar. 
Şəhriyar Hacızadənin atası Hacı Mail AzadlıqRadiosuna faktı təsdiqləyib:
"Şəhriyar özü mənə zəng vurdu. İran tərəfi uşaqları bizim konsulluğa təhvil verib. Ya sabah, ya da 4-cü gün Bakıya gələcəklər".
Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs olunmuşdular. Şairlərin konkret hansı maddələrlə ittiham olunmaları barədə məlumat verilmirdi.

Sizin Reklam Yeriniz