Əlaqə Arxiv
news Image
2012.04.13
13:48
| A A A
Kosmik sənayemizin inkişafına dair dövlət proqramı hazırlanıb
«Artıq proqramın layihəsi hökumətdə bəyənilib və təsdiqini gözləyir» Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən kosmik sənayenin inkişafını əks etdirən dövlət proqramının layihəsi hazırlanaraq təsdiq edilməsi üçün hökumətə təqdim olunub. APA-nın məlumatına görə, bu barədə MSN-in Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru Alçın Şirinzadə bildirib. A. Şirinzadənin sözlərinə görə, 2016-cı ilə qədərki dövrü əhatə edən proqramda kosmik sənaye müəssisələrinin yaradılması, bəzi cihazların ölkədə istehsalı, kadrların hazırlanması, aşağı orbitə peykin buraxılması və s. daxildir.
"Məndə olan məlumata görə, artıq proqramın layihəsi hökumətdə bəyənilib və təsdiqini gözləyir", - deyə Agentliyin rəhbəri bildirib. MAKA rəhbəri aşağı orbitə məsafədən zondlama peykinin buraxılması istiqamətində təkliflərin olduğunu, bunun yaxın illərdə reallaşa biləcəyini vurğulayıb.

Sizin Reklam Yeriniz