Cəsur Sümərinli: "Türkiyə ilə Azərbaycan arasında belə birliyin qurulması Azərbaycanın hərbi sektorunun NATO standartlarına uyğun olmasına gətirib çıxarar"
Məlum olduğu kimi Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Azərbaycan və Türkiyə arasında hərbi birləşmənin yaradılması təklifini irəli sürüb. O, əlavə olaraq bildirib ki, bölük, alay və ya digər formada vahid komandanlıq altında yaradılacaq bu hərbi birləşmə birgə döyüş təlimləri keçirə bilər. Millət vəkilinin təklifi komitənin digər üzvləri tərəfindən də dəstəklənib. Amma Qafqaz və ümumilikdə dünyanın siyasi arenasının indiki durumunda belə bir təklifin reallaşması olduqca maraq doğurur.
Politoloq Natiq
Miri bildirir ki, təklif Azərbaycan üçün cəlbedici və mənafeyinə
uyğundur: "Bu,
eyni zamanda indiki şəraitdə regionda yaranan hərbi-siyasi, xüsusi
ilə də Türkiyənin daxilində gedən proseslər nöqteyi-nəzərindən
müsbət təklifdir. Amma bunun bəzi çətinlikləri də var. Çünki, hər
hansı bir hərbi
birləşmənin yaradılması üçün
Türkiyə qərarı
təkcə özü verəcək
iqtidarında deyil. Çünki,
Türkiyə NATO-nun üzvlərindən biridir. Bu
məsələ NATO rəhbərliyi və eyni zamanda NATO-nun əsas
aparıcı qüvvəsi
olan ABŞ ilə razılaşdırılmalıdır. O
baxımdan bu yöndə bəzi problemlər üzə
çıxa bilər".
Siyasi şərhçinin sözlərinə görə, bu təklifin davamı olaraq yaxşı olardı ki, Türkiyə hərbi hava qüvvələrinin bir eskadrilyası Azərbaycanın ərazisi olan Naxçıvanda yerləşdirilsin: "Çünki, bütün hallarda Naxçıvan Azərbaycanın ərazisidir. Türkiyənin hansısa bir helikopter və yaxud da qırıcı təyyarələrinin bir eskadrilyasının Naxçıvanda yerləşdirilməsi Azərbaycana istənilən hərbi təcavüz təhlükəsi yarandığı təqdirdə onların Azərbaycanın bütün ərazisində hərəkət etmə imkanını təmin edə bilər. Bu, daha real və iki dövlət arasında razılaşdırıla biləcək məqamdır. Bu, həm İran, həm Rusiya, həm də Ermənistan tərəfindən Azərbaycanın təhlükəsizliyini təhdid edən bir növ caydırıcı elemet kimi iştirak edə bilər".
Digər
politoloq Asif Oruclu bölgə kimi Cənubi Qafqazda siyasi proseslərin
mürəkkəb olduğunu qeyd etdi:
"Burada hər hansı
hərbi blokun yaradılması ilk növbədə Rusiya
və İran tərəfindən yaxşı qarşılanmayacaq. Çünki, həyata keçirilən
hansısa Türkiyə-Azərbaycan və hətta ABŞ-ın belə dəstəkləyəcəyini
açıqladığı Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqı Rusiya tərəfindən NATO-nun onun
sərhədlərinə doğru
genişlənməsi kimi qəbul ediləcək. Bu da,
Rusiya milli təhlükəsizlik doktrinasına
təhdid kimi qiymətləndiriləcək. Eyni
zamanda İran bu məsələyə qarşı çox radikal mövqe sərgiləyəcək.
İşğalçı dövlət
Ermənistanın hərbi doktrinasında onunla
qonşuluqda olan hər
hansı bir dövlətin bu və ya digər hərbi bloka qoşulmasının ona qarşı bir
təhdid olacağı qeyd olunub.
Üstəlik, Kremlin Cənubi Qafqazla,
xüsusilə Ermənistanla bağlı
hərbi-siyasi prioritetlərinə tamamən zidd
olacaq belə bir hərbi ittifaq region dövlətlərinin sürətlə Qərbə
inteqrasiyasına gətirib çıxara
bilər. Bu isə nəticə
etibarı ilə
Azərbaycanın NATO-ya üzvlüyü prosesini
sürətləndirəcək. Ona görə də, Türkiyə və
Azərbaycanın NATO çərçivəsində və ikitərəfli olaraq inkişaf etdirilən hərbi
əməkdaşlığı yaxın vaxtlarda hər hansı
formada hərbi blokun
yaradılmasına inanmıram. Ən azı bu,
hazırki siyasi-iqtisadi və həmçinin
siyasi - diplomatik kontekst etibarı
ilə gerçək görünmür".
