Əlaqə Arxiv
news Image
2012.09.28
17:04
| A A A
Azərbaycanda elektrik enerjisi ilə bağlı yaranan problemə rəsmi aydınlıq gətirildi

"Azərenerji" hadisəyə güclü leysanla müşaiyət olunan qeyri-sabit hava şəraitinin səbəb olduğunu bildirib

Azərbaycanda elektrik enerjisi ilə bağlı yaranan problemə rəsmi aydınlıq gətirildi. Bu gün güclü leysanla müşaiyət olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar səhər saat 6.55 radələrində ölkənin əsas stansiyası olan Azərbaycan İES-də ildırım vurması nəticəsində 330 kV-luq yarımstansiyada yanğın baş verib.

ANS PRESS-in "Azərenerji"nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ildırım vurması nəticəsində Hava Açarı və 330 kV-luq gərginlik transfatmatoru zədələnib. Nəticədə idarəetmə avtomatikasının əks-qəza avtomatika dövrələri zədələnib. Avtomatika təhlükəsizliyi zədələndiyindən sistemdə enerji fasiləsi yaranıb.

Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında elektrik enerjisinin verilməsi tam təmin olunub.

Qeyd edək ki, yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Sizin Reklam Yeriniz