Gömrük xidmətinin aşkarladığı narkotik maddələrin həcmi dəfələrlə artıb
“15-17 il əvvəl Azərbaycanın gömrük xidməti ildə 3-5 kq narkotik maddə aşkar edirdisə, indi bu rəqəm yüzlərlə kiloqramlarla ölçülür”
Son illər Azərbaycanın
gömrük xidməti tərəfindən narkotik
qaçaqmalçılığına qarşı
mübarizə tədbirləri çərçivəsində aşkar
edilən narkotik maddələrin həcmi dəfələrlə artıb. Bu barədə Dövlət Gömrük
Komitəsinin sədri Aydın Əliyev Toqo
Respublikasının gömrük xidmətinin
nümayəndələri ilə Bakıda
keçirilən görüşdə bildirib. A.Əliyevin
sözlərinə görə, əgər 15-17 il əvvəl Azərbaycanın gömrük xidməti ildə 3-5 kq
narkotik maddə aşkar edirdisə, indi bu rəqəm yüzlərlə kiloqramlarla
ölçülür. Son illər Azərbaycanda narkotik tranziti və
qaçaqmalçılığı ilə məşğul olan bir neçə beynəlxalq mütəşəkkil cinayətkar
qrupu aşkarlanıb. "Bəzi qruplar 8-10, hətta 14 ölkənin
vətəndaşlarından ibarət olub və onlar ölkə ərazisindən narkotik
tranziti kimi istifadə etmək istəyiblər", - deyə Komitə sədri
vurğulayıb.