Əlaqə Arxiv
news Image
2012.10.12
18:28
| A A A
Monitorinqə başlanılıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il istifadəyə verilmiş I-V sinif dərsliklərinin monitorinqinə başlayıb.
Bunu APA-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. Onun sözlərinə görə, bununla yanaşı Komissiyada dərs vəsaitlərinin məlumata bazası yaradılır: "Bununla bağlı əlavə informasiya əldə etmək üçün Təhsil Nazirliyinə müraciət olunub. Belə ki, hər bir dərs vəsaitinin məzmunu, istifadə olunmuş ədəbiyyatların kataloqu haqqında məlumatlar istənilib. Beləliklə, TQDK-da hər bir dərs vəsaiti haqqında məlumat bazası yaradılacaq".
Sizin Reklam Yeriniz