Əlaqə Arxiv
news Image
2012.10.16
08:38
| A A A
Avtobus sürücülərinin 5 qəpik maxinasiyası
Məzahir Rüstəmov: “Kart sisteminə keçiriləndə nağd pulla hesablaşma sıfır dərəcəsinə enəcək” Natiq Ələkbərov: “Gediş haqqında müəyyən qədər qiymət artımı olursa, orada həm sahibkarın, həm də sürücünün marağı var”

Hamıya məlum məsələdir ki, hazırda Azərbaycanın pul dövriyyəsində 1,3 və 5 qəpikliklərin dövriyyəsi çox aşağı həddədir. Bu pulların işləkliliyinin az olması isə bəzi işbazlara belə vəziyyətdən faydalanmağa imkan yaradıb. Ekspertlər isə burada həm texniki problemlərin, həm də insan psixologiyası faktorunun rol oynadığını vurğulayırlar.

Texniki tərəfdən mübadilə prosesini həyata keçirən aparatların sikkələri qaytara bilməməsidirsə, nağd pul ödəməsində isə həmin məbləğlərin geri istənilməsində insanların müəyyən qədər utancaqlıqlarının olmasıdır. Həmçinin xırdanı qaytaran tərəfdə də həmin kiçik dəyərli qəpiklərin olmaması birilərinin qazanmasını digərlərinin itirməsi üzərində qurur. Amma elektorn ticarət aktivləşməsi işi texniki tərəfdən həll edəcəksə, problemin digər tərəfini yenə də insanların üzərinə düşür. Kiçik məbləğli qəpik problemi ictimai nəqliyyatda da cərayan edir. Belə ki, Tarif Şurasının təsdiqlədiyi gediş haqqları bəzən sürücülər üçün keçərli olmur. Avtobus sürücüləri bəzən 25 qəpiklik yol üçün 30 qəpik alırlar. Məsələn, 171 nömrəli marşrut Qara Qarayev metrostansiyanın yanından Bilgəh qəsəbəsiən 35 qəpiyə getməli olduğu halda sürücülər sərnişinlərdən 40 qəpik alırlar. Enyilə 214 saylı marşrut Yeni Ramanı qəsəbəsindən Koroğlu metrostansiyasına 25 qəpiyə gəlməli olduğu halda sərnişinlərdən 30 qəpik alınır. Bu kimi misalların sayı çoxdur. Sürücüləər etiarz edəndə isə bildirirlər ki, onlarlıq heç nə yoxdur, hər şey marşrutu işlədən sahibkardan asılıdır.

Ekspertlər də problemin kökündə yuvarlaq qiymətlərin olmaması və avtobus sahibkalarının şəxsi istəklərinin dayandığını göstərirlər. Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin

rəhbəri Məzahir Rüstəmovun sözlərinə görə, burada həm sürücü, həm sərnişin, həm də aidiyyatı qurum üzvləri haqlıdırlar: "Çünki, 5 qəpiyi ya sərnişinin özü götürmür, ya da dövriyyədə həmin qəpik az olduğu üçün bunu qaytarmağa sürücünün real imkanı olmur. Amma bunu gərək vaxtında Tarif Şurası fikirləşməli idi. Tarif Şurası nəzərə almalı idi ki, sürücü və sahibkarlar bu hallardan müəyyən mənada sui-istifadə edə bilərlər. Ona görə də Tarif Şurası gediş haqqlarının qiymətlərini yuvarlq qoymalı idi. Burada isə aşağı həddi götürsələr, daha yaxşı olardı. Onlar bilirdi ki, gediş haqqları 20-25 qəpik arasında dəyişərsə, sürücü pulu bəzi hallarda müəyyən bəhanələrlə qaytarmayacaq. Bu da an söhbətidir. An söhbəti olduğu üçün də 5 qəpiyi istəməkdə sərnişin ya utanacaq, ya da yolda tıxac olması qınağına səbəb olacaq. Yəni, gediş haqqları müəyyənləşdirilən zaman bunların hamısı nəzərə alınmalı idi. Amma bu ilin sonuna kimi sözügedən problem həllini tapacaq. Çünki, ictimai nəqliyyatda da kart sisteminə keçiriləcək. Ona görə də kart sisteminə keçiriləndə nağd pulla hesablaşma sıfır dərəcəsinə enəcək. Belə olan təqdirdə isə bu problem aradan qaldırılacaq".

"Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin rəhbəri Natiq Ələkbərovun sözlərinə görə, gediş haqqında müəyyən qədər qiymət artımı olursa, orada həm sahibkarın, həm də sürücünün marağı var: "Məqsədləri isə çox pul qazanmaqdır. Qiymətlər dövlət tərəfindən kilometrə görə konkret marşurutlar üzrə təyin olunur və tənzimlənir. Amma ikili maşurutlar var ki, onlarda qiymətlər dəyişkən olur. Şəhər daxilinə bir qiymətə, şəhərdən xaric isə məsafəyə görə müəyyən qiymətə olur. Elə mübahisələr də ikili işləyən maşurutlarla bağlı ola bilər. Bundan başqa qiymətlərin fərqli olması xırda pulla bağlı problemlərlə də bağlıdır. Çünki, indi demək olar ki, 5 qəpik dövriyyədə istifadə olunmur. Ona görə də sürücünün 5 qəpiyi qaytarmaq imkanı məhdud ola bilər. Bundan başqa burada sərnişin də 5 qəpiyi almasında müəyyən utancaqlığını vurğulamaq lazımdır".

Sonda onu xatırlada ki, Tarif Şurasının şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası maşurutlarda sərnişin daşıma xidmətlərinin tariflərində bu qiymətlər tənzimlənir. Belə ki, şəhərdaxili maşurutlarda qiymət məsafəsindən asılı olmayaraq 20 qəpikdir. Şəhərətrafı və qəsəbələrarası maşurutlarda isə bu qiymətlər 20 qəpikdən başlayaraq 80 qəpiyə qədər göstərilib.
Sizin Reklam Yeriniz