Əlaqə Arxiv
news Image
2012.04.18
14:55
| A A A
«Azərkosmos» aşağı orbitli peykin imkanlarından istifadə istiqamətlərini araşdırır
Hazırda aşağı orbitli peyk layihəsi ilə maraqlanan xarici şirkətlərlə danışıqlar aparılır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərkosmos" ASC tərəfindən aşağı orbitli peykin imkanlarının ölkədə istifadə istiqamətlərinin öyrənilməsi üzrə yerli və xarici bazarlara dair araşdırmalar aparılıb və peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında qurulması üzrə işlərə başlanılıb.

Nazirlikdən verilən məlumata görə, məlum olub ki, ölkədə, strateji əhəmiyyətli infrastruktur obyektlərin təhlükəsizliyinin təmin edilməsi üçün monitorinqin aparılması, kosmosdan fövqəladə halların qarşısının alınması və idarə edilməsinə dəstək verilməsi, xəritəçəkmə və geodeziya, daşınmaz əmlak məsələlərinin həll edilməsi, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, nəqliyyat və rabitə infrastrukturunun tənzimlənməsi, ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi və s. bu kimi bir sıra mühüm sahələrdə aşağı orbitli peykin xidmətlərindən səmərəli istifadə imkanları mövcuddur. Bu istiqamətdə lazımi tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti qurumlarla danışıqlar aparılmasına başlanılıb.

Bu istiqamətdə aparılan işlərin sürətləndirilməsi ilə məşğul olan "Azərkosmos" artıq aşağı orbitli peykin istehsalı, sığortalanması və orbitə çıxarılması üzrə işlərin yerinə yetirilməsi məqsədilə tender elan olunub, tenderdə iştirakla bağlı müxtəlif xarici şirkətlərə təkliflərin təqdim olunması üçün müvafiq sorğu və şərtlər toplusu göndərilib. Hazırda aşağı orbitli peyk layihəsi ilə maraqlanan xarici şirkətlərlə danışıqlar aparılır, eyni zamanda yerli əməkdaşlıq imkanları araşdırılır. Qeyd edək ki, Azərbaycanın ilk telekommunikasiya peykindən sonra ikinci peyk olacaq aşağı orbitli peykin 2013-cü ildə orbitə buraxılması planlaşdırılır.
Sizin Reklam Yeriniz