Tiflis Bakıya qarşı hələ də "qazlı gediş" edir
İlham Şaban: “İnanmıram ki, qazın qiyməti 1 tetri belə aşağı salınsın”
Natiq Miri: “İvanişvili öz problemlərini Azərbaycanın hesabına həll etməməlidir” Məlumdur ki, qonşu Gürcüstanda yeni hökumət ölkə daxilində qaz
tariflərinin yüksək olmasını əsas gətirərək qiymətlərə yenidən
baxılacağını bəyan edib. Yeni baş nazir Bidzina İvanişvilinin
bildirdiyinə görə, neft - qaz müqavilələrinə yenidən baxılması və
Gürcüstanda elektrik enerjisi və qaz tariflərinin aşağı salınması
vacibdir.
O, mövcud tariflərin şişirdilmiş büdcə qiymətlərinin nəticəsi olduğunu açıqlayıb. İvanişvili deyib ki, onun komandası tarif siyasətinə yenidən baxmaq üzərində işləyir: "Əvvəlki hakimiyyətə bağlı şirkətlər tarifləri süni şəkildə artırıb, biz məsələni araşdırırıq və nəticələr barədə ictimaiyyətə məlumat verəcəyik".
Xatırladaq ki, Gürcüstanı qazla Azərbaycan təmir edir və burada qazpaylayıcı sistemə də nəzarət ARDNŞ tərəfindən edilir. Bütün bunlar isə baş nazirin açıqlamalarının bir ucunun ARDNŞ-ə toxunduğunu göstərir. Noyabrın 9-da isə Bidzina İvanişvili ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev arasında baş tutan görüşdən sonra da İvanişvili tarflərin yüksək olduğunu bildirib. Lakin ARDNŞ bundan əvvəl bəyan edib ki, tariflərin aşağı salınması üçün gürcüstan vergi yükünü azaltmalıdır: "Tariflər Gürcüstanın vergi dərəcələrinə uyğun qurulur. Hazırda isə Gürcüstanda enerji daşıyıcılarına tətbiq olunan vergilər kifayət qədər yüksəkdir. Yeni hökumət tarifləri aşağı salmaq istəyirsə, buyurub vergiləri aşağı sala bilər". Beləliklə, qaz ziddiyyəti davam edir.
Ekspertlərisə iki ölkə arasında yaran biləcək bu qəbildən olan gərginliklərin kökündə müəyyən səbəblərin durduğunu qeyd edirlər. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, Gürcüstanda bəzi yerli qüvvələr qızışdırıcı mövqe tutublar: "Bu qızışdırıcı mövqenin nəticəsində də bu gün Gürcüstanın daxilində vəziyyət həm Rusiyaya, həm Ermənistana, həm də Azərbaycana yönəlik ancaq "şok - şok - şok" tipli xəbərlərdir. Ancaq burada heç bir reallıq yoxdur. Deyirlər ki, Abxaziyadan keçən dəmir yolunu açaq və bununla da məsələ düzələcək. Ancaq heç kəs fikirləşmir ki, həmin dəmir yolunun yenidən işlək vəziyyətə qaytarılması üçün ən aşağısı 500 milyon investisiya lazımdır. Bəs bu investisiyanı kim qoyacaq? Təbii ki, Qərb qoymayacaq. Qərb qoymayacaqsa, Gürcüstanın da pulu yoxdur. Demək, Rusiya qoymalıdır. Amma bu işin Rusiyanın etməsi üçün tamamilə başqa Gürcüstan lazımdır. İvanişvilinin isə ancaq adının ilkin hecaları rus mənşəlidir. Özünün Rusiyaya bağlılığı sual altındadır. Necə ki, Yanukoviç hakimiyyətə gələndə deyirdilər ki, Ukrayna tamamilə dəyişdi. Ancaq böyük zaman keçsə də Ukrayna Rusiyapərəst olmadı. Nə də Ukraynaya görə, Rusiyanın tarifləri aşağı düşmədi. İndi də həmin məsələ Azərbaycan ilə də bağlıdır. Yeni hökumətdə tarif haqqında maraqlanırlar. Ancaq dəqiqliyə varıldıqda biləcəklər ki, söhbət süni artımdan getmir. Çünki, orada tarifi bazar formalaşdırır. Özü də söhbət tək qazdan getmir. Həmçinin də Azərbaycan və Rusiya ilə müqayisə edəndə Gürcüstanda vəziyyət normaldır. Çünki, biz neft, Rusiya isə qaz ölkəsi ola-ola hasilatın maya dəyəri ilə regiondakı əhaliyə satılan qazın qiymətində ən aşağısı 2.5 dəfə fərq var. Gürcüstanda isə 2 dəfə fərq var. Ona görə də inanmıram ki, qazın qiyməti 1 tetri belə aşağı salınsın".
Politoloq Natiq Miri qeyd edir ki, seçkilərdən sonra Gürcüstan cəmiyyətində artıq mövcud olan eyforiya tədricən səngimək üzrədir: "Verilən vədlərin artıq yerinə yetirilməsini gözləyirlər. Bu yöndə də bəzi çətinliklər var. İvanişvili hökuməti də bu çətinlikləri aradan qaldırmaq üçün bəzi tədbirlər görmək istəyir. Bu tədbirlərin içərisində təbii ki, Azərbaycan ilə bağlı bəzi vəziyyət də mövcuddur. Eyni zamanda Ermənistanla Rusiya arasındakı Gürcüstandan keçən dəmir yol xəttinin açılması, qaz tarifləri və digər siyasi məsələlər var ki, bu yöndə də Azərbaycan üçün bəzi arzuolunmaz vəziyyət yaranır. Bunu Gürcüstan dövləti baxımından anlamaq mümkündür. Ancaq onu da nəzərə almaq lazımdır ki, bütün ölkələrdən fərqli olaraq Azərbaycan Gürcüstana böyük güzəştlərlə qaz satır. Bu gün dünya bazarında qazın qiyməti 400 ABŞ dollarından yuxarıdır. Amma Azərbaycan Gürcüstana qazı 3 dəfə aşağı qiymətə - 130 ABŞ dolları civarında satır. Azərbaycanın Gürcüstana etdiyi güzəştlər dəyərləndirilməlidir. Doğrudur, Gürcüstan da Azərbaycan üçün bir strateji ölkədir. Çünki, bizim qlobal səviyyədə bütün enerji xəttlərimizin hamısı Gürcüstan vasitəsi ilə Avropa və digər bazarlara çıxır. Odur ki, bütün bunların müqabilində strateji mütəffiq olaraq Azərbaycan və Gürcüstan bir - birinə qarşılıqlı güzəşt etməlidirlər. Lakin müəyyən bir həddə qədər. O baxımdan Azərbaycan bəzi məsələlərdə, xüsusilə də enerji məsələlərində artıq dirəniş göstərməlidir. Çünki, Gürcüstana bundan artıq güzəştin olunması qeyri - iradi olaraq qardaş Türkiyəni də hərəkətə keçirə bilər. Yəni, adekvat qiymət artıq Türkiyəyə də təklif olunmalıdır. Çünki, Gürcüstanın Türkiyədən heç bir üstünlüyü yoxdur. Əksinə, Türkiyə bizə qardaş dövlətdir. O baxımdan İvanişvili öz problemlərini Azərbaycanın hesabına həll etməməlidir".