Uruqvay parlamentinin spikeri Dağlıq Qarabağa gəldi
Uruqvay parlamentinin spikeri Xorxe Oriko Ermənistandan Dağlıq
Qarabağa gedib.
Xankəndində Uruqvay parlamentinin spikeri və deputatlar separatçı rejimin rəhbərləri ilə görüşüblər. lraqir.am saytı bildirib ki, görüşdən sonra Uruqvay parlamentinin xarici əlaqələr komissiyasının sədri Ruben Martines Uelmo və Ermənistan-Uruqvay parlamentlərarası dostluq qrupunun sədri Vaan Ovannisyan birgə brifinq keçiriblər.
Bildirilir ki, Uruqvay nümayəndə heyəti Xankəndində görüşlərini bu gün də davam etdirəcək.