Əlaqə Arxiv
news Image
2012.11.20
07:10
| A A A
Dövlət orqanlarında siyasi partiya və ictimai təşkilatın yaradılması qadağan olunacaq
"Hərbi hədəf olmayan yerlərə hücum etməyə görə cəzalar sərtləşdiriləcək"

Dövlət orqanlarında hər hansı siyasi partiya və ictimai təşkilatın yaradılması və yerləşdirilməsi qadağan olunacaq. Bu barədə SalamNews-a Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib. Onun sözlərinə, "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur. Belə ki, adı çəkilən qanunun 4.2 maddəsinə nəzərdə tutulan dəyişiklik nəticəsində "dövlət orqanlarına siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə və ictimai birliklərin sturkturlarının yaradılmasın yol verilmir. Bu məsələ parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılaraq qəbul ediləcək.

Əli Hüseynli bildirib ki, Cinayət Məcəlləsində ediləcək yeni dəyişikliyə əsasən, hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən din, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etməyə görə cəzalar sərtləşdirləcək.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 116.0.8-nin 1-2-3 bəndələrinə əsasən, "hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud buna bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə, həmçinin qəsdən mədəni sərvəti dağıtma, mənimsəmə, oğurluq və vandalizm hərəktələrinə, mədəni sərvəti işğal olunmuş ərazidən çıxarmaya görə cinayət məsuliyyəti daha da sərtləşdirləcək.

O deyib: "Bu maddəya edilən dəyişiklik nəticəsində məsuliyyətə cəlb olunanlara qarşı 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılmanı nəzərdə tutur. Dəyişikliklər parlamentin növbəti plenar iclaslarının gündəliyinə salınaraq, qəbul olunacaq".
Sizin Reklam Yeriniz