Əlaqə Arxiv
news Image
2012.11.24
07:05
| A A A
NATO enerji kəmərlərimizin müdafiəsinə cəlb olunur
Bunda həm təşkilatın özü, həm də Azərbaycan maraqlı tərəfi kimi çıxış edir

Avropanın enerji təhlükəsizliiynin təminatında bu gün Azərbaycanın get-gedə daha böyük rol oynadığı danılmaz həqiqətdir. Qarşıdakı dövr ərzində isə Azərbaycan Avropaya daha çox enerjidaşıyıcısı nəql etməyi planlaşdırır. Bunun üçün hətta gələn ildən başlayaraq Azərbaycan Avropaya doğru uzanacaq daha bir kəmərin - TANAP-ın inşasına başlayacaq.

Bütün bunlar isə Azərbaycana qarşı düşmən mövqedə olan, həmçinin ölkəmizlə enerji rəqabətində olan dövlətlərin ciddi qısqanclığı ilə qarşılanır. Azərbaycanın enerji ixracını genişləndirmək niyyəti isə həmin dövlətləri daha çox narahat etməyə başlayır. Bu fonda isə Azərbaycanın enerji ixrac edən kəmərələri ilə bağlı təhlükəsizlik məsələsi də daha çox aktuallaşır. Artıq məlumat verildyi kimi hətta bu günlərdə İşğalçı Ermənistan da Qarabağda mümkün hərbi əməliyyatlar zamanı Azərbaycanın strateji neft-qaz infrastrukturlarını hədəf alacağı barədə bəyanatlar səsləndirib.

Prezident Administrasiyasının təmsiçlsi si Tahir Süleymanov isə ölkənin enerji infrastrukturuna ciddi xarici təhlükələr barədə qeyd edir: "Əsas təhlükə Azərbaycan ərazilərini işğal edən Ermənistandan gəlir. Ermənistan tərəfi dəfələrlə Azərbaycanın enerji resurslarına, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Supsa neft kəmərində müxtəlif təxribatlar törətməyə can atıb. Ona görə öz strateji müttəfiqlərimizdən bu problemin həllinə yaxından kömək göstərmələrini umuruq".

Bu günlərdə yayılan məlumatlaar görə isə, Azərbaycan əsas ixrac boru kəmərlərinin və enerji infrastrukturlarının mühafizəsinin təşkili ilə bağlı NATO-ya bəzi təkliflər təqdim edib. NATO-dan verilən məlumata görə, Azərbaycanın təklifləri kəmərlərin (neft və qaz) fiziki mühafizəsinin təşkili ilə bağlıdır. Azərbaycan həm Xəzər dənizində, həm ölkənin quru ərazisindəki enerji infrastrukturunun, həm də kəmərlərin keçdiyi Gürcüstan və Türkiyə ərazisində potensial təhdidləri əsas göstərərək, NATO-dan texnoloji yardımlar istəyib. NATO ekspertləri isə vurğulayıblar: "NATO-nun hazırda tərəfdaş ölkələrdə enerji infrastrukturlarının fiziki mühafizəsinin təşkili ilə bağlı konkret planları yoxdur. Lakin Alyans üzvlərinin enerji təhlükəsizliyinin təmin olunmasında prioritet təşkil edən istiqamətlər üzrə təkliflərə baxıla və dəyərləndirilə bilər". Xəzər hövzəsi-Cənubi Qafqaz bölgəsində enerji infrastrukturuna qarşı ehtimal təhdidləri analiz edən NATO ekspertlərinin fikrincə, hazırda bu regionda yerləşən və layihələrdə iştirak edən dövlətlər həmin təhdidlərlə mübarizə aparmaq imkanlarına malikdir. Lakin yaxın gələcəkdə enerjinin dövlətlərarası mübarizədə əsas silah olaraq istifadə proqnozları qeyd olunan istiqamətdə daha ciddi təhdidlərin ortaya çıxmasını istisna etmir.

Araşdırmalar göstərir ki, enerji təhlükəsizliyi NATO siyasətinin üstün istiqamətinə, Azərbaycan da bu sahədə Alyansın mühüm tərəfdaşlarından birinə çevrilir.

NATO-nun Qafqaz üzrə məsul nümayəndəsi Uiliam Lahue bildirir ki, Xəzər regionunda infrastrukturun təhlükəsizliyinin təminatı NATO üzvlərinin və tərəfdaşlarının marağındadır:

"Alyans stabil enerji daşınmaları üçün infrastrukturun qorunmasında öz müttəfiqlərinə və tərəfdaşlarına yardım göstərməkdə maraqlıdır". Bütün bunlar həm də onu deməyə əsas verir ki, NATO Azərbaycanı enerji kəmərlərinin mühafəizəsində yaxından iştirak edə bilər. Əgər Rusiyanın forpostu olan Ermənistan tərəfindən təhdidlər daha təhlükəli hal alarsa, NATO-nun kəmərlərin müdafiəsində Azərbaycanın da xüsusi maraqlı tərəf kimi çıxış edəcəyi məlumdur.

Onu da xatırladaq ki, daha əvvəllər NATO rəsmiləri bildirib ki, alyans Bakı-Ceyhan neft kəmərini öz mühafizəsi altına götürə bilər. NATO nümayəndələrinnə görə, Bakı - Ceyhan xətti NATO üzvü olan Türkiyəyə gedir və NATO-ya tərəfkeş olan Azərbaycan ərazisindən keçir və bu baxımdan alyans kəmərin mühafizəsini öz üzərinə götürə bilər.Rusiyada isə belə bəyanatlar kifayət qədər əsəbi qarşılanır. Rəsmi Moskva dəfələrlə bildirib ki, NATO birləşmələrinin Qafqazda yerləşdirilməsi Rusiyanın maraqlarına ziddir.

Rusiya rəsmiləri bildirirlər ki, NATO-nun Qafqazlara gəlməsinə heç bir ehtiyac yoxdur və bu buradakı vəziyyəti ancaq gərginləşdirə bilər. Konkret Bakı - Ceyhanın NATO tərəfindən mühafizə məsələsi ilk dəfə deyil ki qaldırılır. Ekspertlər iəs vurğulayırlar ki, NATO-nun enerji kəmərlərini mühafizəsi regiona daha böyük sabitlik gətirə bilər. Moskvaya sadəcə emosional baxımdan NATO-nun irəliləməsi çox xoşagəlməz bir şey olacaq və Moskva böyük hay-küy qaldıracaq. Ancaq NATO müvafiq qərara gəlsə, o bu hay-küyə məhəl qoymayacaq.

ABŞ-dakı "Heritage" Fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri üzrə aparıcı eksperti Ariel Koenin fikrincə, Azərbaycanın neft-qaz infrastrukturu obyektlərinə hücumların nəticəsi qonşu dövlətlərin - Gürcüstanın və Türkiyənin də enerji təhlükəsizliyinə zərbə ola bilər: "Azərbaycan qazının çatdırılması üçün çox böyük əhəmiyyət daşıyan Gürcüstan Ermənistanla sərhədləri açıq olan iki ölkədən biridir. Əgər Gürcüstanın qaz təchizatına təhlükə yaranarsa, Ermənistan Qara dənizə çıxışı itirə və çarəsiz vəziyyətdə qala bilər. Çünki Ermənistanla həmsərhəd olan İran çətin ki, İrəvanın xarici aləmlə kommunikasiyasında əhəmiyyətli rol oynaya bilsin".

Ekspertə görə, çətin ki, Türkiyə də Ermənistanın neft-qaz infrastrukturlarını hədəf almasına laqeyd qalsın. Bu səbəbdən real təhlükə zamaın NATO üzvü olan Türkiyənin də məsələyə müdaxiləsi qaçılmaz sayılır. Şadisələrin gedişi isə NATO-nun enerji kəmərlərinin mühafizəsinəcəlb olunmasını istisna etmir.
Sizin Reklam Yeriniz