Əlaqə Arxiv
news Image
2012.11.27
07:05
| A A A
Monitorinq zamanı hansı dərsliyin plagiat olub-olmadığı məlum olacaq
“Elmi ictimaiyyət arasında ifşa olunmaq mənəvi ölümə bərabərdir”

"Plagiat elm sahəsində çox ağır cinayətdir. Plagiatla məşğul olan şəxs özünü alim adlandıra bilməz. Dərsliklərdə isə ümumiyyətlə, plagiat olmamalıdır". Bunu APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

TQDK sədri qeyd edib ki, bir sıra ölkədə dərsliklərin tərcümə yolu ilə təqdim olunması var və bu, çox normal qarşılanır: "Gürcüstanda və digər ölkələrdə açıq-aşkar deyirlər ki, filan dərslik ən yaxşı dərslikdir, biz onu öz dilimizə tərcümə edib orta məktəblərdə tətbiq edirik. Belə qərar qəbul olunursa, orada bir problem olmur. Müəllifdən icazə alınır, dərslik tərcümə olunur. Hansısa dərsliyi yazmaq üçün dünyada bu sahə üzrə mövcud olan dərslikləri oxumaq, baxmaqda da qəbahət yoxdur. Təbii ki, yeni dərslik yazmaq üçün olan dərslikləri oxumaq lazmdır. Amma plagiata yol vermək olmaz".

TQDK sədri deyib ki, hətta digər dərsliklərdən şəkil götürülürsə, onu da istinad etmək lazımdır: "Bu zaman riyakarlığa yol vermək olmaz. Riyakarlıq plagiata gətirib çixarir. Dərsliklərin monitorinqi zamanı bunlar hamısı məlum olacaq və açıqlanacaq. Elmi ictimaiyyət arasında ifşa olunmaq mənəvi ölümə bərabərdir. Mənə elə gəlir ki, dərslik müəllifləri bu problemə daha məsuliyyətlə yanaşacaqlar".

Sizin Reklam Yeriniz