Əlaqə Arxiv
news Image
2012.11.27
07:10
| A A A
Söyün Sadıqov bir müddətdən sonra hansı ssenaridə qurbanlıq olduğunu görəcək
“Bu şəxslərin idarə olunduğuna heç bir şübhə yoxdur”

Rusiyada əleyhimizə tirajlandırılan media mövqelərinə, hər hansısa ictimai proseslərə Söyün Sadıqov forpost olmayıb.

Bu sözləri Gün.Az-a açıqlamasında Ana Vətən Partiyası sədrinin sədr müavini, millət vəkili Zahid Oruc dilə gətirib. Z.Oruc Moskvada "Rusiya Erməni İttifaqı" (REİ) Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyanla "AzərRos" Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (FMMM) prezidenti Söyün Sadıqovun keçirilən görüşü barədə fikir bildirib ki, bu, aşkar şəkildə siyasi separatizmdir və bunu başqa adla ifadə etmək olmaz.

Millət vəkili bildirib ki, öz-özlüyündə Rusiyada yaşayan ermənilər və azərbaycanlılar arasında bir kompromis taparaq sonradan bunu daha da genişləndirmək niyyəti əvvəlcədən iflasa uğrayacaq bir ideyadır. "Görünür ki, bu adamlar öz mülkiyyətlərindən və biznes fəaliyyətlərindən asılıdırlar və onun girovuna çevriliblər. Həm də açıq şəkildə görünür ki, rəsmi Moskva müxtəlif ssenarilərdə bu qüvvələrdən istifadə edir.

Onun bu fəaliyyəti əgər həqiqətən də Azərbaycan maraqlarına uyğun aparılacaqdısa, onda bütün hallarda bu dövlətin vahid xəttini tamamlamalıdır. Amma bu görüşlər ermənilərə daha çox sərf edir. Belə müqavilələr milli hisslərin itirilməsi zamanı meydana çıxır", – deyə millət vəkili bildirib. Sədr müavini Söyün Sadıqovun "Kreml"in orta və cari mövsüm üçün həyata keçirtmək istədiyi layihələrdə yer almaq istəməsini və bunu da Azərbaycan mənafelərinə uyğun olduğunu bəyan etməklə hakimiyyət təbliğatında hansısa şəxslərlə birləşmək arzusunun baş tutmadığnı qeyd edib.

"Bu şəxslərin idarə olunduğuna heç bir şübhə yoxdur. Məsələ ondadır ki, Söyün Sadıqov xüsusi bir xarizmaya və siyasi intellektə malik olmayan bir adamdır. Hər hansı bir biznes fəaliyyətində uğur qazanmaq bu şəxsin personası milli maraqlara dayanan hər hansısa prosesi irəlilətməyə əsas vermir.

Onlar 2012-ci ilin reallıqlarına qədər Azərbaycan xalqının hüquqlarının qorunmasında xüsusi bir isim kimi keçməyiblər. Onun təşkilatını milli müqavimət cəbhəsində görməmişik".

Zahid Oruc Qarabağ məsələsinin Rusiyadakı ermənilər vasitəsilə həyata keçirtmək istəyinin və barışın, sülhün "Kreml"dən bu cür layihələrlə gətirilməsi ideyasını fiksiya və cəfəngiyyat adlandırıb. "Bu ötən əsrin əvvəllərindəki günəşin şimaldan doğacağını gözləyən ayrı-ayrı hərəkat adamlarının eyni aqibətidir. Söyün Sadıqov bir müddətdən sonra hansısa ssenaridə qurbanlıq olduğunu görəcək. Biz hər zaman istəmişik azərbaycanlılar Rusiyada ön mövqelərdə - dövlət idarəçiliyində, seçki proseslərində önəmli yer tutsunlar. Amma biz demədik ki, hansısa bir milli muxtariyyət layihəsi adı ilə Azərbaycandan qovulmuş, separatizmdə günahlandırılan şəxslərin bu və ya digər formada himayəçisinə çevriləsən".

Sizin Reklam Yeriniz