Əlaqə Arxiv
news Image
2012.11.28
07:12
| A A A
Taxıl Fondunda 500 min ton taxıl toplanıb
"Biz fermerlərə keyfiyyətli toxumlardan və mineral gübrələrdən istifadə etməyi tövsiyə edirik”

Azərbaycanın ərzaq buğdasına olan təlabatını təmin etmək məqsədilə bu günədək Taxıl Fonduna 500 min ton ehtiyat yığılıb. Bunu jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.

Onun sözlərinə görə, Azərbaycan iş adamlarının başqa ölkələrdən buğda gətirilməsi ilə bağlı müqavilələri də var: "Mənim fikrimcə, buğda sahəsində Azərbaycanda heç bir problem olmayacaq". Nazir bildirib ki, ölkədə taxıl istehsalında məhsuldarlığın artırılması üçün müvaffiq işlər həyata keçirilir: "Biz fermerlərə keyfiyyətli toxumlardan və mineral gübrələrdən istifadə etməyi tövsiyə edirik. Əgər fermerlər nəzərdə tutulmuş aqrotexniki tədbirləri lazimi qaydada həyata keçirsələr Azərbaycan özünü tam ərzaq buğdası ilə təmin edə biləcək". İ.Abbasov deyib ki, taxıl becərmə prosesində 40-a yaxın aqrotexniki tədbirdən istifadə olunmalıdır ki, bunun 20-ni fermerlər tam həyata keçirsələr ölkədə taxıl istehsalının keyfiyyəti və miqdarını artırmaq mümkün olacaq.
Sizin Reklam Yeriniz