Əlaqə Arxiv
news Image
2012.11.30
10:56
| A A A
İrandan narkotik təhdidi səngimir

ƏliyarSəfərli: "Əməliyyatlar yolu ilə narkocinayətkar şəbəkənin İrandakı mənbələrini tapmaq və ifşa etmək lazımdır"

İrandan Azərbaycana narkotik vasitələrin daşınması davam etməkdədir. Narkotacirlərə qarşı nə qədər mübarizə aparılsa da, problemi birdəfəlik həll etmək mümkün deyil. Bu, ölkənin hüquq mühafizə orqanlarını da narahat edir.  Belə  ki, İranla sərhəd ərazilərdə mühafizələr gücləndirilsə də, qaçaqmalçılar müxtəlif yollarla Azərbaycana narkotik maddələr gətirirlər.

Qeyd edək ki, İran narkotik vasitələrin istehsalına və istifadəsinə görə, dünyanın təhlükəsiz zonalarından hesab olunur. Dünyadan təcrid olunan cənub qonşumuz daha çox Əfqanıstandan narkoitk maddələrin daşınmasına da şərait yaradır. Sual olunur, niyə İran islam ölkəsi olmasına baxmayaraq narkotik maddələrin ərazisindən daşınmasına şərait yaradır?

 Bu sual olduqca düşündürücüdür. Onu da bildirək ki, İran-Azərbaycan sərhədləri birtərəfli qaydada qorunur. Yalnız Azərbaycanın sərhədçiləri iki ölkə arasındakı tikanlı məftillər arxasında növbə çəkirlər. İran tərəfi isə daxili qanunlarına uyğun olaraq qaçaqmalçılar, sərhəd pozucularına qarşı yalnız əməliyyat axtarış müstəvisində mübarizə aparırlar.

Azərbaycanın Tehrandakı keçmiş səfiri Əliyar Səfərli bildirir ki, İrandan Azərbaycana narkotik vasitələrinin daşınması həmişə yüksək səviyyədə olub: "Mən uzun müddət İranda diplomatik fəaliyyətlə məşğul olmuşam, bu ölkədə səfir işləmişəm. Fars rejiminin xislətinə yaxından bələdəm. İran Azərbaycanın müstəqil dövlət olmasın sinirə bilmir. Ölkəmizə narkotik vasitələrin daşınmasına şərait yaratmaqda məqsədləri məlumdur. Gənclərin fiziki və mənəvi ruhunu, sağlamlığını əllərindən alsınlar. Narkotikə qurşanan adam millət, torpaq barədə nə düşünəcək?  Mən səfir olanda ölkəmizə narkotik maddələrin daşınmasını İran Xarici İşlər Nazirliyində qaldırmışdım. Cavabları bu olmuşdu ki, Azərbaycan tərəfi sərhəddə nəzarəti daha da gücləndirsin, qaçaqmalçılığın qarşısını alsınlar. Əlbəttə ki, bu diplomatik cavab idi. İranda narkotik ticarətinin arxasında siyasi hakimiyyətin maraqları və müəyyən şəxslərin maddi maraqları durur".

Keçmiş səfir narkoticarətə qarşı mübarizənin daha da sərtləşdirilməsini təklif edir: "Bu işlə məşğul olanlara daha ağır cəza vermək lazımdır. Yüngül cəza cinayətkarların yenidən əməllərini davam etdirmələrinə səbəb olur. Eyni zamanda əməliyyatlar yolu ilə narkocinayətkar şəbəkənin İrandakı mənbələrini tapmaq və ifşa etmək lazımdır".

R.QAÇAYOĞLU 

Sizin Reklam Yeriniz