Əlaqə Arxiv
news Image
2012.11.30
18:28
| A A A
Fələstin dövlət oldu
Movqe.Az xəbər verir ki, Fələstin BMT-də üzv olmayan müşahidəçi dövlət statusu əldə edib. Mahmud Abbası ilk tebrik edən Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu olub.
BMT Ali Məclisində keçirilən səs vermədə, Fələstinin lehinə 138 ölkə, 9 ölkə əleyhinə səs verib. 41 ölkə isə bitərəf qalıb.
Beləcə BMT-də üzv olmayan müşahidəçi dövlət statusu qazanan Fələstin, BMT sistemindəki təmsilçilik imkanını bir addım irəliyə daşıyıb.
Səsvermə öncəsi Fələstin Lideri Mahmud Abbas BMT Ali Məclisinə müraciət edib. Mahmud Abbas belə deyib: "Biz bu gün on illərdir mövcud olan bir ölkənin yəni İsrailin varlığının qanuniliyini müzakirə etmirik. Biz burada Fələstinin doğumundan bəhs edirik. Bu gün dünya ölkələrindən real bir sual soruşuruq; biz görəsən bu bölgənin insanları deyilikmi? Biz istehsal səhviyikmi?"
Mahmud Abbasın Ali Məclisdəki çıxışından sonra salondakılar onu uzun müddət ayaqüstə alqışlayıb.
Fələstin bu uğurla İsrailin işğalını, qeyri-qanuni məskunlaşmaları və hücumlarını Beynəlxalq Hüquq Məhkəməsinə çıxara biləcək.
Bu vaxt Ramallahda toplanan minlərlə Fələstinli rəqslər edərək BMT-də qazanılan uğuru qeyd edib.
Şənliklərdə "Həmas" və "İslami Cihad" mənsublarının da aralarında olduğu bütün Fələstinli qruplar qatılıb.
Sizin Reklam Yeriniz