Əlaqə Arxiv
news Image
2012.12.01
07:48
| A A A
Vitse-spiker siyasi partiyalara 5 milyon manat vəsait ayrılmasını istəyir
“Gələcəkdə bu vəsaitin artırılması da mümkün və gözləniləndir”

2013-cü ilin dövlət büdcəsinin parlament müzakirələri zamanı millət vəkilləri tərəfindən səslənmiş təkliflərin bir qisminin sonradan hökumət tərəfindən nəzərə alınmasını və büdcəyə əlavələr edilməsini müsbət, razılıqla qarşılayırıq. Ancaq bu, heç də o demək deyil ki, digər təkliflər nəzərə alınmayacaq, onlar da zamanı çatanda, növbəti büdcə müzakirələrində nəzərə alınacaq.

Bunu Gün.Az-a açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova dilə gətirib.

Vitse-spikerin eyni zamanda qeyd etdiyinə görə, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi üçün büdcədə ilk dəfə 2 milyon manat vəsaitin nəzərdə tutulması və büdcə təsdiqə çıxarılarkən həmin vəsaitin 500 min manat artırılması müsbət haldır.

"Bildiyiniz kimi, bu, Azərbaycan tarixində bu yöndə ilk addımdır və o, müsbət hal kimi qarşılanmalıdır. Ancaq gələcəkdə bu vəsaitin artırılması da mümkün və gözləniləndir. Şəxsən mən çox istərdim ki, növbəti ildə bu rəqəm 5 milyon olsun", - deyə, B.Muradova sözlərinə əlavə edib.

Sizin Reklam Yeriniz