Nüsrət İbrahimli: "Yaxın gələcəkdə bu məsələ bizdə də həllini tapacaq"
Azərbaycanda əhalinin mənzillə təminatı məsələsi hələ də ciddi problem olaraq qalır. Hətta ipoteka krediti məsələsi də bu problemin ciddi şəkildə həllinin öhdəsindən gələ bilməyib. Bunun nəticəsidir ki, hazırda paytaxta toplaşan əhalinin böyük əksəriyyətinin şəxsi mənzilləri yoxdur. Onlar kirayədə qalmağa məcburdurlar. Xarici ölkələrdə əhalinin mənzil təminatının təşkili üçün müxtəlif digər variantlara da əl atırlar. Belə variantlardan biri də bələdiyyə adlanan evlərin tikilib vətəndaşlara verilməsidir. Sahəsi kiçik olan belə evlər tikilib əsasən orta təbəqəyə mənsub insanlara verilir.
Bunun da nəticəsində Avropa dövlətlərində əhalinin mənzil problemi elə də ciddi xarakter daşımır. Onu da qeyd edək ki, xarici ölkələrdə tikilən yaşayış binaları arasında məhz bələdiyyə evləri daha çox olması ilə seçilir. Azərbaycanda isə hələ ki, hər hansı bir bələdiyyə evləri yoxdur.
Görəsən ekspertlər nə düşünür, bələdiyyə evləri praktikasının ölkəmizdə tətbiqi mümkündürmü?
Digər ekspert Cümşüd
Nuriyev isə bələdiyyə
evləri praktikasının hazırda ölkəmiz
üçün mümkün ola
biləcəyinə şübhə ilə
yanaşır: "Azərbaycanda da
bələdiyyə evlərilə bağlı
praktikasının tətbiqi üçün
yeni bir
mənzil kommunal sistemi
yaradılmalıdır. Bunun üçün
də dövlət
büdcəsindən müəyyən miqdar
vəsait nəzərdə tutulmalıdır. Çünki
Azərbaycanda urbanizasiya prosesi
çox sürətlə gedir.
Azərbaycan isə həmin
prosesi qabaqlamaq iqtidarında deyil.
Təbii ki,
imkanı olan dövlət
qurumları öz işçiləri
üçün mənzil probleminin
həlli istiqamətində analoji addımları
ata bilər. Məsələn,
Dövlət Neft Şirkətinin
belə imkanları var.
Amma bələdiyyə evlərinə
gəldikdə ölkəmizdə özünüidarə
orqanlarından belə bir məsələnin həllinin
istənilməsi mümkünsüzdür. Əvvəla, bizdə
bələdiyyələrə seçilənlərin səviyyəsi çox
aşağıdır. Həm də bələdiyyələr bir
idarəetmə institutu kimi
hələ də
təşəkkül tapa bilməyib.
Digər tərəfdən, bələdiyyə
evləri məsələsinin həllinə
girişsək, o da digər bu tip layihələrin
vəziyyətinə düşə bilər.
Yəni ölkəmiz belə
bir prosesə hazır
deyil. Ona görə də birdən-birə
belə bir
addımın atılmasının nə
dərəcədə uğurlu olacağı
bir qədər
şübhəli görünür. Eyni
zamanda bələdiyyə evlərinin
tikintisi məsələsi yeni
rüşvət sahəsinə də
yol aça
bilər. Azərbaycan hələ
ki, bələdiyyə evlərinin
tikintisi məsələsinə hazır
deyil"."Əmlak bazarı
iştirakçıları" İctimai Birliyinin
sədri Ramil Osmanovun
fikrincə, ölkəmizdə də
bələdiyyə evləri deyilən
yaşayış binalarının tikintisi mümkündür.
Hətta o
bildirdi ki, Mənzil
Məcəlləsində də bu amil nəzərə
alınıb: "Azərbaycanda üç
il bundan
öncə "Mənzil Məcəlləsi"
qəbul olunub. Ölkədə
bələdiyyə evlərinin tikilməsi
məsələsi həmin məcəllədə
öz əksini
tamamilə tapıb. Azərbaycanın
mənzil fondunun idarə
olunması faktiki olaraq
məcəllədə 4 istiqamət üzrə
bölünüb. Bunlardan biri
mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri, digəri
mənzil tikinti kooperativləri tərəfindən tikiləcək
mənzillərə aiddir. Kommunal mənzillər
isə dövlətin balansında
olmaqla sosial kirayəyə
verilə bilər. Nəhayət
dördüncüsü bələdiyyə mülkiyyətində olan
bələdiyyə mənzilləri olacaq.
Hansı ki,
onları sosial kirayə
deyilən bir anlayışa
əsasən mənzil təminatını
yaxşılaşdırmaq imkanı olmayan
təbəqələrə, aztəminatlı və
şəhid ailələrinə vermək
nəzərdə tutulur. Amma
Azərbaycanda Mənzil Məcəlləsi
təzə qəbul olunduğundan
qanunvericilikdən irəli gələn
məsələlərin icra olunmasına
müəyyən zaman lazımdır.
Hesab edirəm ki,
ən azından yaxın
gələcəkdə bələdiyyə evlərilə
bağlı məsələdə irəliləyiş
olacaq və
həmin məsələnin icrasına
başlanılacaq. Proses tam
şəkildə olmasa da,
onun qismən həlli
mümkündür. Bu istiqamətdə
Nazirlər Kabineti tərəfindən
müəyyən qərarların qəbulu
gözlənilir".
Rüfət NADİROĞLU