Əlaqə Arxiv
news Image
2012.12.05
07:01
| A A A
Əli Kərimli sanki özünü “Milyarderlər İttifaqı”nın burada nümayəndəsi kimi hesab edir
“Uğur əldə etmək və cəmiyyətin etimadını doğrultmaq üçün cəmiyyətlə işləmək və cəmiyyətin içində olmaq lazımdır”

Müxalifətin həm paytaxtda, həm də regionlarda böyük sosial bazaları yoxdur və cəmiyyət seçkilərdə onları dəstəkləmir. Bu sözləri Gün.Az-a açıqlamasında Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

A.Mirzəzadə AXCP sədri Əli Kərimlinin gənclərlə görüşündə Moskvada yaradılan "Milyarderlər İttifaqı"nı müdafiə xarakterli çıxışına münasibət bildirərkən söyləyib ki, Əli Kərimlinin Moskvada yaradılmış və cəmiyyət arasında "Milyarderlər İttifaqı" adlandırılan təşkilatı müdafiə etməsi çox qəribədir və o sanki özünü həmin ittifaqın burada nümayəndəsi kimi hesab edir.

Millət vəkili həmçinin 2013-cü il seçkilərini "fürsət" kimi adlandıran Əli Kərimliyə bildirib ki, bu ritorika onların dilində çox səsləndirilir və bu uğuru əldə etməyəcək.

"Vaxtilə 2002, 2003, sonra 2008 dedilər. Hər seçkidən əvvəl onlar seçki ilini xüsusi bir əzəmətlə səsləndirirlər. Ancaq bu səsləndirmə onlara heç bir uğur gətirməyəcək.

Uğur əldə etmək və cəmiyyətin etimadını doğrultmaq üçün cəmiyyətlə işləmək və cəmiyyətin içində olmaq lazımdır. Bunların heç biri onlarda yoxdur. Gələn ilki seçkilərdə müxalifət öz məğlubiyyətini görsə də özlərini sındırmaq istəmir", – deyə millət vəkili bildirib.

Müxalifətin heç zaman Azərbaycanın inkişaf perspektivinə dair real proqram ortaya qoya bilmədiyini deyən Aydın Mirzəzadə sözlərinə əlavə edib ki, onları kabinet, kreslo, vəzifə və eyni zamanda layiq olmadıqları şan-şöhrət maraqlandırır.

"Bu gün onların çıxışı siyasi ritorikadan, iddialardan ibarətdir. Sanki onlar bir günün abı-havası ilə yaşayırlar. Sanki onlar hansısa problemin yaranmasını gözləyir ki, həmin problemlə bağlı iqtidarı tənqid etsin. Ancaq bugünkü cəmiyyət onların simasında özünə layiqli bir idarəedicilər görmür. Bu baxımdan onların sıralarında tanınmış ziyalılar yoxdur".
Sizin Reklam Yeriniz