Əlaqə Arxiv
news Image
2012.12.12
06:55
| A A A
Ermənistanda cəmi 2 milyon əhali qalıb
Oqtay Əsədov: “Ukraynada 500 min azərbaycanlı yaşayır, amma bir deputatımız yoxdur”

Milli Məclisin sədri Oqtay Əsədov hesab edir ki, Qəbələ RLS-lə bağlı məsələyə problem kimi baxmaq olmaz. Parlamentin plenar iclasında məsələyə toxunan spiker qeyd edib ki, komissiya yaradılmışdı, məsələyə baxıldı. "Rusiya Qazaxıstanla Baykonurla bağlı 2050-ci ilə qədər müqavilə bağlamışdı, indi müqaviləyə yenidən baxılır. Bu o demək deyil ki, Qazaxıstanla Rusiyanın münasibətləri pozuldu. Bunu dövlətlərarası münasibətlə əlaqələndirmək düzgün deyil".

Milli Məclisin dekabrın 11-də keçirilən növbəti plenar iclasında çıxışı zamanı spiker Oqtay Əsədov söyləyib ki, Ermənistanda cəmi 2 milyon əhali qalıb, dünyada 10 milyon erməni var, 8 milyonu xaricdə yaşayır, xaricdə yaşayan ermənilərə diqqət yetirməliyik. Oqtay Əsədov xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrin hakimiyyət orqanlarında təmsilçiliyinə xüsusi diqqət yetirilməli olduğunu bildirib: "28 erməni Rumıniya parlamentinə üzv seçilib. Bizimkilər bir-birinə dəstək vermirlər. Sankt-Peterburqda 350 min azərbaycanlı yaşayır, Ukraynada 500 min azərbaycanlı yaşayır, amma bir deputatımız yoxdur. Biz bu məsələlərə diqqət yetirməliyik".

YAP icra katibinin müavini Siyavuş Novruzov Gürcüstandakı soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiya etməli olduğunu söyləyib: "Gürcüstandakı soydaşlarımızın gürcü dilini öyrənməsi, ali təhsil alması vacibdir. Biz birinci vitse-spiker Ziyafət Əsgərovla da bu məsələ ilə maraqlanmışıq. Deyirlər ki, kadr gətirin. Gürcü dilini bilir? Yox! Ali təhsili harada alıb? Elşad Abdullayevin universitetində. Azərbaycanlılar Gürcüstan cəmiyyətinə inteqrasiya olunmalıdırlar".

Sizin Reklam Yeriniz