Əlaqə Arxiv
news Image
2012.12.12
07:02
| A A A
Azərbaycan Avropa Oyunlarından 120-130 milyon avro gəlir götürəcək
Nazir: “Bakının müxtəlif yerlərində yeni idman qurğuları quraşdırılacaq”

Təqribi hesablamalara görə, Azərbaycan Avropa Olimpiya Oyunlarından ümumilikdə 120-130 milyon avro gəlir götürəcək. Bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, oyunların yayım hüquqları Azərbaycana məxsusdur. Azərbaycan bu hüquqlarını Avropa Yayım Şurasına satacaq: "Hesab edirəm, bu məbləğ 40-50 milyon avrodan az olmayacaq. Bundan başqa, sponsorlardan, billet satışından gələn gəlirlər də Azərbaycana veriləcək".

Azad Rəhimov deyib ki, Olimpiya oyunları ilə bağlı Bakının müxtəlif yerlərində yeni idman qurğuları quraşdırılacaq. Onun sözlərinə görə, bəzi qurğular, məsələn, çimərlik voleybolu üçün nəzərdə tutulan qurğular müvəqqəti olaraq tikiləcək. Olimpiya oyunlarından sonra isə həmin qurğular ya söküləcək, ya da icarəyə veriləcək.

Nazir həmçinin bildirib ki, olimpiya şəhərciyi məsələsi də öz həllini tapacaq: "Bu məqsədlə Heydər Əliyev prospektində "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən binaların Olimpiya oyunları üçün təmir olunaraq idmançıların ixtiyarına verilməsi nəzərdə tuturuq".

A.Rəhimov qeyd edib ki, orada müxtəlif lazımlı qurğular, yeməkxanalar, istirahət mərkəzləri və s. da quraşdırılacaq: "Vaterbol, kanoye və reqbi kimi idman növləri üçün də yeni idman qurğularının tikilməsi nəzərdə tutulur. Bundan əlavə, bunun üçün müəyyən rekonstruksiya aparmaqla mövcud qurğulardan da istifadə olunacaq".
Sizin Reklam Yeriniz