Əlaqə Arxiv
news Image
2012.12.13
08:55
| A A A
Yanacaqdoldurma məntəqələrində yoxlamalara başlanılacaq
“Məktəb bufetlərində cips və qazlı içkilər qadağan oluna bilər”

Azərbaycanda yanacaqdoldurma stansiyalarında satılan yanacağın keyfiyyəti əhali tərəfindən müəyyən şikayətlər var. Bunun üçün də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yanacaqdoldurma məntəqələrində yenidən yoxlamalara başlanacaq. Bunu komitənin sədri Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, ötən il komitə tərəfindən aparılan yoxlamalardan sonra yanacaqdoldurma stansiyalarında satılan yanacağın keyfiyyəti yaxşılaşdı: "Amma müəyyən müddət keçib, əhali tərəfindən komitəyə yanacağın keyfiyyətsiz olması ilə bağlı şikayət daxil olur. Yaxın vaxtlarda yanacaqdoldurma məntəqələrində yenidən yoxlamalara start vermək niyətindəyik".

Ramiz Həsənov bildirib ki, məktəb bufetləri ilə bağlı yeni standart hazırlanır. O qeyd edib ki, yeni standartlar yaxın vaxtlarda təsdiq olunacaq: "Yeni standartlar qəbul olunduqdan sonra, uşaqların gün ərzində qidalanmasına nəzarət olunacaq. Məktəb bufetlərində cips və qazlı içkilərə qadağa qoyulması gözlənilir".

Ramiz Həsənov qeyd edib ki, çörəyin paketlənməsi ilə bağlı texniki komitə yaradılıb. O, qeyd edib ki, texniki komitənin tərkibində müvafiq nazirliklərin və şirkətlərin nümayəndələri var. "Təbii ki, çörəyin paketlənməsi yaxşı olardı. Ancaq paketlənmə ilə bağlı qərarı müvafiq qurumlar verəcəklər".

Sizin Reklam Yeriniz