Əlaqə Arxiv
news Image
2012.12.14
07:03
| A A A
Azərbaycandan xarici banklara milyonlar axır
Əsas səbəb əhalinin və şirkətlərin vəsaitinin bir hissəsini həm də xarici banklarda saxlamaq niyyətidir

Maliyyə gəlirləri yüksək olan azərbaycanlıların vəsaitlərinin bir hissəsini banklarda saxlaması heç kimə sirr deyil və bu, tamamilə normal haldır. Artıq əhalinin banklarda olan əmanətinin miqdarı təxminən 6 milyard dollara çatmaqdadır. Lakin son dövrlərdə əhali yerli banklarla yanaşı, vəsaitlərinin bir qismini həm də xarici banklarda saxlamağa daha çox diqqət yetirməyə başlayıb.

Burada isə ilk yerdə Qərb ölkələrinə məxsus banklar gəlir. Düzdür, xaricdə vəsait saxlayan soydaşlarımızın sayı hələ böyük rəqəmlərlə ifadə olunmur. Lakin bu istiqamətdə müəyyən artım olması da danılmazdır. Ümumilikdə isə Azərbaycan vətəndaşları tərəfindən xarici banklarda yatırılan vəsaitlərin ümumi miqdarı milyonlarla dollar həcmindədir. Eyni zamanda ölkəmizdə fəaliyyət göstərən bir sıra böyük şirkətlərin də xarici banklarda hesabları mövcuddur. Düzdür, bu əsas etibarı ilə bizneslə əlaqədardır, lakin həmin vəsaitlərin miqdarı da kifayət qədər böyük rəqəmlərlə ölçülür.

Ekspertlər isə hesab edir ki, əslində, bu pulların Azərbaycan daxilində yatırılması və iqtisadiyyata cəlb edilməsi daha məqbul olardı. Özü də nəzərə almaq lazımdır ki, Azərbaycanda depozit faizləri əksər Avropa ölkələrindən dəfələrlə çoxdur. Lakin buna rəğmən, qeyd olunduğu kimi müəyyən ehtiyat vəsaiti olan insanlar pullarının bir qismini faiz dərəcələri aşağı olan, lakin güvənliliyi ilə seçilən əcnəbi banklarda saxlamağa üstünlük verir.

Avropa İttifaqı banklarının əmanətlərə görə təklif etdiyi faizlər, əgər əmanətlər avroda saxlanılarsa illik 3-4%-i üstələmir, əgər depzoit dollarda açılarsa yenə də maksimum qazanc 5-6%-dir. Etibarlıq etalonu hesab edilən İsveçrə banklarında isə əmanətlərə görə təqdim edilən faizlər bundan da aşağıdır.

Onu da bildirək ki, xarici banklarda hesab açmaq üçün bir sıra məqamları bilmək çox önəmlidir. Belə ki, bank seçiləndən sonra ilk addım həmin bankın fiziki şəxs olan əmanətçilər ilə işləyib-işləmədiyini araşdırmaqdır. Əksər əcnəbi maliyyə təşkilatları yalnız korporativ müştərilər üçün depozit hesabları açır. Növbəti maneə vətəndaşlıq məsələsi ola bilər. Mütləq müəyyən etmək lazımdır ki, həmin bank xarici vətəndaşlarla iş görür, ya yox?

Əgər bank əcnəbi vətəndaşlar ilə işləyirsə və Azərbaycan vətəndaşı üçün hesab açmağa hazırdırsa, hesab belə tezliklə açılacaq anlamına gəlmir. Avropa maliyyə müəssisələri "banker" portalını məlumatına görə, əmanətçinin fəaliyyətini olduqca diqqətlə araşdırırlar. Bu prosess "due diligensce" adlanır. Onlar bu problemə ehtiyatla və incə yanaşırlar: əmanətçilər özləri, öz fəaliyyətləri, gəlir mənbələri haqqında informasiya verməlidir, bu, hələ hamısı deyil: həmçinin sizin ailə üzvləri və üzvlərin fəaliyyəti haqqında tam informasiya təchiz etmək lazımdır. Bankı maraqlandıran ən başlıca amil - hesablara köçürüləcək vəsaitlərin yaranma mənbəyidir. Əlbəttə, bütün bunları Avropa bankları özlərinin qürur mənbələri hesab etdiyi reputasiyasını qorumaqdan ötrü edir. Axı onlar elə reputasiyalarına görə də məşhurdurlar.

Bank ailə üzvlərindən biri və ya potensial əmanətçinin özü dövlət qulluqçusu olduğu halda hesab açmaqdan imtina edə bilər. Bunun səbəbi korrupsiya pullarında gizlənir. Sadəcə, korrupsiya yolu ilə qazanılmış pullar bankın təmiz adını ləkələməsin deyə, banklar dövlət qulluqçuları ilə iş görməkdən imtina edə bilərlər.

Avro banklarında hesab açmaq üçün lazım olacaq sənədlər isə bunlardır: şəxsiyyət vəsiqəsi, xarici pasport (onların notarial qaydada təsdiq olunmuş sürətləri və tərcümələri), əmanətçinin həyat yoldaşının pasportu və şəxsiyyət vəsiqəsi, qeydiyyatı təsdiq edən sənəd, müştəriyə əvvəlcə xidmət göstərmiş banklardan rekomendasiyalar (kreditləşmə, əmanət və s ilə bağlı), ötən il və ondan əvvəlki illərə dair vergi bəyannamələri. Həmçinin də "Financial Profile" adlı anketi doldurmaq lazımdır.

Ən güvənli banklarda hesab açdırmağın illik xidməti 300 avro edə bilər. İsveçrə banklarında əmanətlərin minimal məbləği ilə bağlı məhdudiyyətlər tətbiq edilir. Əksər hallarda hesab açılarkən minimal depozit məbləği 100 min dollar təşkil edir. Amma daha az məbləğlərlə də müştərilər üçün aktiv hesablar açan bankların sayı kifayət qədər çoxluq təşkil edir. Bundan əlavə əcnəbi bankda hesab açmaq üçün müştərinin şəxsi iştirakı da vacibdir. Danışıqlar adətən şəxsən aparılır. Onu da qeyd edək ki, əcnəbi banklar nəinki öz etibarlılıq səviyyəsi, həmçinin də aşağı depozitləri, maksimal komisyon haqları və hesab açılması sisteminin mürəkkəbliyi və bir neçə mərhələli olması ilə fərqlənirlər. yəni, bütün bunlar həm də onun göstəricisdir ki, xarici banklarda hesab açmaq elə də asan proses deyil.
Sizin Reklam Yeriniz