Əlaqə Arxiv
news Image
2012.12.15
07:47
| A A A
Sosial ipoteka siyasətinə yenidən baxılmalıdır
“Azərbaycanda ildə 80-90 min gənc ailə qurur” Sosial ipoteka siyasətinə yenidən baxılmalıdır ki, bu ipotekadan gənc ailələlər maksimum yararlana bilsin. Bunu jurnalistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavinin Musa Quliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda ildə 80-90 min gənc ailə qurur. Onlar əsasən mənzil problemi ilə üzləşirlər. O deyib: "Bu problemin həllinin ən yaxşı yolu sosial ipotekanın verilmə prosedurasının sadələşdirilməsi və həcminin artırılması, faiz dərəcələrinin aşağı endirilməsdir. Ona görə bu məsələyə yenidən baxılıb müəyyən dəyişikliklər etmək və Milli Məclisin yaz sessiyasında bunu müzakirəyə çıxarmaq olar".
Sizin Reklam Yeriniz