Əlaqə Arxiv
news Image
2012.12.16
11:26
| A A A
Tikinti - əmanət bankları ilə bağlı böyük ziddiyyət
Akif Nəsirov: “Tikinti - əmanət banklarının yaradılması üçün ilkin olaraq ölkədə ümumi bank kredit faizləri aşağı salınmalıdır” Nazim Məmmədov: “Kredit faizləri yüksəkdirsə, deməli, banklar da öz vəsaitləri hesabına azfaizli, uzunmüddətli resurs verməkdə maraqlı deyillər”

Digər iqtisadçı ekspert Nazim Məmmədovun fikrincə, indi ipotekanın kreditləşməsindəki problem bankların uzunmüddətli azfaizli resurslarının olmamasındadır: "Problem bundan qaynaqlanır ki, İpoteka Fondunun istiqrazlarına maraq göstərilmir. Kredit faizləri yüksəkdirsə, deməli, banklar da öz vəsaitləri hesabına azfaizli, uzunmüddətli resurs verməkdə maraqlı deyillər. O baxımdan rübdə bir dəfə olaraq Mərkəzi Bank vəsaitlərinin bir hissəsini İpoteka Fondunun istiqrazlarına yerləşdirərək ona "süni nəfəs" verir. İctimai təzyiqləri də nəzərə alaraq, gələn il sosial ipoteka üçün büdcədən 40 milyon vəsait ayırıb. Əslində bunların heç biri real olaraq tikinti sektorunu, vətəndaşların ipoteka vasitəsi ilə mənzil almaq imkanını canlandıra bilməz. Ona görə də Mərkəzi Bank qarşısına sual olaraq qoymalıdır ki, niyə bizdə kredit resursları bahadır? Bunu hansı yolla azaltmaq mümkündür? Bunun üzərində düşünməlidir. Azərbaycanın real iqtisadiyyatına 4-5 milyard rezerv lazımdır. Mərkəzi Bankın rezervləri isə 10 milyarddan yuxarıdır. Həm də Mərkəzi Bankın uçot dərəcəsi 5 faizdir. Amma bu da ipoteka üçün  yetərli deyil. Hətta dünya təcrübəsində də bu faizlər aşağıdır. Yəni, faizlər aşağı  olmasa, İpoteka Fondu aktivləşməyəcək".

Xatırladaq ki, tikinti - əmanət bakları İkinci Dünya Müharibəsindən sonra Almaniyada tətbiq edilib və özünü doğruldub. Hazırda Slovakiya, Çexiya, Macarıstan, Çin, Rumıniya və Qazaxıstan kimi ölkələrdə tikinti-əmanət bankları haqqında qanun qəbul edilib və tikinti-əmanət sistemi xeyli inkişaf edib.

Sizin Reklam Yeriniz