Əlaqə Arxiv
news Image
2012.12.18
07:54
| A A A
Azərbaycan yeni kəşfiyyat və post-patrul maşınlarının istehsalına başlayıb
Nazir: "Dünyanın aparıcı şirkətləri Azərbaycanın müdafiə təyinatlı məhsullarına maraq göstərir"

BRDM tipli maşının bazasında yeni kəşfiyyat maşını yaradılıb. Bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib. Nazir qeyd edib ki, bu maşın vasitəsilə düşmənin həm yerüstü, həm də hava hədəflərini məhv etmək olar. Camalovun sözlərinə görə, bu maşın 23 mm-lik top, iki ədəd 7.62 mm çaplı pulemyot, AQ-17 qumbaraatan, tüstü buraxıcı qurğu, həmçinin zəruri kəşfiyyat vasitələri ilə təchiz olunub.

Nazir həmçinin qeyd edib ki, ölkədə istehsal olunan və modernizasiyadan çıxan zirehli texnikanın silahlandırılması üçün də müəyyən istiqamətdə işlər aparılıb. "Belə ki, həmin maşınların silahlanması üçün 12.7, 14.5, 20, 23 və 30 mm toplarla silahlandırmaq üçün qüllələr hazırlanıb. Bundan əlavə, xaricdən həmin maşınların silahlanması üçün heç bir qüllənin alınmasına ehtiyac olmayacaq", - Camalov deyib.

Nazir həmçinin qeyd edib ki, nazirlik MT LB tipli maşının üzərində 15 lüləli reaktiv atəş sistemi yaradıb. "Bu sistem düşmənin canlı qüvvəsi, sığınacaqları və hərbi texnikasını məhv etmək üçün nəzərdə tutulur. Bu maşının silahlanmasında həmçinin 57 mm-lik raketlərdən istifadə olunur", - Camalov deyib. Nazir "Gürzə" adlı yeni post-patrul maşının yaradıldığını da qeyd edib. "Bu maşın 2 ədəd 7.62 mm-lik və 1 ədəd 12.7 mm-lik plemyotla silahlandırılıb. Maşın güc strukturları üçün nəzərdə tutulur", - Camalov deyib.

Yavər Camalov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ötən 7 il ərzində Müdafiə Sənayesi Nazirliyində 45 istehsal sahəsi yaradılıb və hazırda 700-dən artıq müdafiə təyinatlı məhsullar istehsal olunur. Nazir qeyd edib ki, eləcə də həmin bazadan istifadə etməklə mülki təyinatlı məhsulların istehsalı istiqamətində də müəyyən nailiyyətlər əldə olunub.

"Bu gün 400-dən artıq çeşiddə mülki təyinatlı məhsullar istehsal olunur. Bildiyiniz kimi, müdafiə təyinatlı məhsullarla yanaşı, mülki təyinatlı məhsulların da sərgisi keçirilir. Artıq biz üç dəfə beynəlxalq sərgilərdə iştirak etmişik", - Camalov deyib. Nazir bildirib ki, Müdafiə Sənayesi Nazirliyi 10 dəfə müdafiə təyinatlı məhsulların beynəlxalq sərgisində iştirak edib.

"Axırıncı iştirak etdiyimiz sərgi İndoneziyanın paytaxtı Cakarta şəhərində olub. Burada 125 adda müdafiə təyinatlı məhsullar nümayiş etdirmişik. Burada dünyanın aparıcı şirkətlərindən və firmalarından çoxları Azərbaycanda istehsal olunan məhsullara maraq göstərib və əməkdaşlıq istiqamətində müəyyən razılaşmalar əldə olunub", - Camalov deyib.

Nazir, həmçinin vurğulayıb ki, 2012-ci ildə nazirliyin ixracatı 22 milyon manat təşkil edib.
Sizin Reklam Yeriniz