Əlaqə Arxiv
news Image
2012.12.19
07:30
| A A A
Elm sahəsinə gələn gənclərin çoxu qızlardır
“Magistraturaya qəbul olan oğlanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir”

Elm sahəsinə gələn gənclərin çoxu qızlardır, buna görə də bu məsələ dövlət səviyyəsində ciddi şəkildə araşdırılmalıdır. Bunu Bakıda keçirilən "Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı"nda çıxışı zamanı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. A.Məhərrəmov bildirib ki, bu il işə götürülən 77 nəfər gənc alimdən 85 faizi qızdır: "Oğlanların elmə gəlməməsi ciddi problemdir və bu məsələ bizi düşündürməlidir. Elə sahələr var ki, orada oğlanların elmlə məşğul olması vacibdir.

Hesab edirəm ki, problemi aradan qaldırmaq üçün öncə magistratura səviyyəsinə qəbul olan oğlanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir".

Sizin Reklam Yeriniz