Əlaqə Arxiv
news Image
2012.12.23
11:33
| A A A
Teatrların üzləşdiyi problem

İntiqam Sultanov: "Cənubi Qafqazda ilk peşəkar uşaq teatrı kimi fəaliyyət göstəririk"

İstənilən ölkənin mədəni həyatının inkişaf göstəricisinin əsas indikatorlarından biri heç şübhəsiz ki, teatrlarla bağlıdır. Son illərdə teatrların tərəqqisi naminə ölkəmizdə çoxsaylı işlərin görülməsi danılmaz həqiqətdir. Bunu ən azından teatr infrastrukturunun  müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan addımlardan görmək mümkündür.

Lakin o da danılmaz həqiqətdir ki, əvvəlkiillərlə müqayisədə bu gün teatr auditoriyası elə də geniş deyil. Bunu uşaq teatrlarının timsalında da görmək olar. Yalnız hansısa bayram günlərində balacalar üçün nəzərdə tutulan teatrlarda qələbəlik görmək mümkündür.  Halbuki, balacaların televiziyalrda gedən və bəzən təkcə tərbiyələrinə yox, həm də psixologiyalarına mənfi təsir gösətərən verlişləri izləmək əvəzinə, teatrlara üz tutmaları daha məqbul sayılır.

Onu da bildirək ki, Azərbaycanda uşaqlar üçün iki teatr ocağı faliyyət göstərir. Bakı Dövlət Kukla Teatrı və Bakı Uşaq Teatrı. Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Sultanovun da məsələyə münasibəti olduqca maraqlıdır. İlk öncə Bakı Uşaq Teatrının yaranmasına toxunan İntiqam Sultanov bildirir: "Bakı Uşaq Teatrı 2001-ci ildə aprel ayının 9-da yaradılıb. 2002-ci ildə isə may ayının 1-də teatrın rəhbəri təyin olundum və yaradıcılıq fəaliyyətinə başladım. Onu da qeyd edim ki, 12 il bundan qabaq mənim "Körpəm Eksperimental"  adlı  şəxsi uşaq teatrım var idi və həmin bu teatrın bazasında dövlət statuslu Bakı Uşaq teatrı yaradıldı. May ayının 11-də isə bizim ilk tamaşamız oldu və bununla da Bakı Uşaq teatrı öz fəaliyyətini başlamış oldu".

İntiqam Sultanov xatırladır ki, Bakı Uşaq Teatrı bir zamanlar Milli Parkda fəaliyyət göstərirdi: "Sonradan həmin yerdən köçürüldük. Bu fonda isə müşahidə etdiyim təəssüfdoğurucu məqamlardan biri odur ki, indiki zamanda teatrların və hərbi komissarlıqların yerlərini ya bazarla, ya da şadlıq evləri ilə tanıyırlar. Ona görə də Uşaq Teatrın ünvanını məndən soruşanda adətən deyirəm ki, "Nəsimi bazarı"nın yanında yerləşir".

İntiqam Sultanov Uşaq Teatrının indiki şəraitinin qənaətbəxş olmadığını bildirir: "Cənubi Qafqazda ilk peşəkar uşaq teatrı kimi fəaliyyət göstəririk. Azərbaycanda hər yaş qrupu üzrə teatrlar fəaliyyət göstərir. Buna misal olaraq Kukla Teatrının adını çəkə bilərəm. Kukla Teatrı lap az yaşlı uşaqlar üçün tamaşalar verirlər. Bizim fərqimiz ondan ibarətdir ki, bizim səhnədə obrazları aktyorlar canlandırırlar. Kukla Teatrında isə obrazları aktiyorların vasitəsi ilə kuklalar oynayır. Digər fərqimiz isə ondan ibarətdir ki, biz "Hüseynqulu Sarabski" adına Mədəniyyət evində yerləşmişik. Burda bizdən başqa teatr, musiqi və rəqs ansanblı var. Birlikdə işləmək çox çətindir. Teatrın zalı, qarderob, qrim otağı təmirsizdir. Buna baxmayaraq, biz uşaqlar üçün yeni və bir-birindən maraqlı tamaşalar hazırlayırıq. Bizim elə tamaşalarımız var ki, böyüklərə həsr olunub. Valideyinlər öz övladları ilə birlikdə gəlib tamaşaları izləyirlər".

Uşaq teatrının bədii rəhbəri televiziyada verilən uşaq verlişləri ilə bağlı öz fikirlərini də bildirdi: "Televiziyada verilən uşaq verlişləri məni bir mütəxəssis kimi qane etmir. Verlişlər çox dar çərçivəli hazırlanır və bir veriliş kimi yadda qalan olmur. Bu, çox ciddi məsələdir. Bizdə uşaq verlişləri hələ tam olaraq inkişaf etməyib. Oturub ekran qarşısından baxanda səviyyəli bir verilişə rast gəlmək olmur". 

Şamil ABDULLAYEV 

Sizin Reklam Yeriniz