Əlaqə Arxiv
news Image
2012.12.26
07:31
| A A A
YAP qurultayında partiyanın rəsmi namizədini elan edəcək
“Prezident seçkilərində YAP-ın rəsmi namizədinin prezident İlham Əliyevin olacağını əvvəlcədən bəyan etmişik” "2013-cü il əvvəlki illərdə yaradılmış sosial-iqtisadi baza üzərində irəliyə getmək üçün əsaslı illərdən olacaq". Bunu SalamNews-a müsahibəsində Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib: "Gələn il həm də siyasi hadisələr baxımından yaddaqalan bir il olacaq. 2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Prezident seçkilərində YAP-ın rəsmi namizədinin prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin olacağını əvvəlcədən bəyan etmişik. Seçki Məcəlləsinə görə, namizədlərin irəli sürülməsi qaydaları var. Bu qaydalara müvafiq olaraq, 2013-ci ildə keçiriləcək qurultayında partiyamızın rəsmi namizədini elan edəcəyik, amma indidən də biz deyirik ki, bizim namizədimiz cənab İlham Əliyev olacaq. Seçkilərə hazırlıq yalnız seçki ilində olmur. Biz 2012-ci ildən bəri seçkilərlə bağlı bəzi işlərimizi görmüşük. Bizim üzvlərimizin sayı artıq 600 min nəfərə yaxındır. Azərbaycanın elə bir rayonu yoxdur ki, orada YAP-ın təşkilatı olmasın. Bizim rayon, şəhər təşkilatlarımız kifayət qədər güclüdür və partiyamızın seçkilərdə qələbə çalması üçün potensialı böyükdür. Hesab edirik ki, növbəti ildə seçkilərdə YAP-ın namizədi cənab İlham Əliyevə yalnız bu partiyanın üzvləri deyil, bütövlükdə Azərbaycan seçicilərinin böyük əksəriyyəti səs verəcək və o, qələbəsini təmin edə biləcək. 2013-cü il eyni zamanda, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə də əlamətdardır. Bununla bağlı YAP bəzi yeni tədbirlərini müəyyən edib ki, onları 2013-cü ildə həyata keçirəcəyik. Əlbəttə, cari vəzifələr və bir neçə istiqamətdə işlərimiz var ki, onları da görmək niyyətindəyik".
Sizin Reklam Yeriniz